Bakıda “İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda konfrans keçirilib
29.03.2019 [09:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilib.
Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin yaradıcılığının təbliği məqsədilə dövlətimizin başçısının Sərəncamına əsasən ölkə daxilində və xaricdə silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri də martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilib.
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda konfrans “Kaspi” qəzeti, “Kaspi” Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransı giriş sözü ilə açan “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışaraq bildirib ki, bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. İmadəddin Nəsimi sözünün qüdrətindən danışan S.Vəliyeva deyib ki, o, Azərbaycan klassik poeziyasını həm məzmun və ideya, həm də yeni janrlarla zənginləşdirən, ona yeni nəfəs gətirən novator bir şair kimi tanınır. İmadəddin Nəsimi anadilli poeziyamızda çox gözəl fəlsəfi və lirik şeirlərin kamil nümunələrinin yaradıcısıdır. Bu şeirlər aktuallığını, fikir zənginliyini indi də qoruyub saxlayır. Bu, Nəsimi sözünün qüdrətinin təntənəsidir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin əvəzsiz xidmətlərindən danışıb. Akademik bildirib ki, mütəfəkkir şair anadilli poeziyamızda fəlsəfi qəzəlin kamil nümunələrinin yaradıcısıdır. O, anadilli lirik şeirləri ilə Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir. M.Nağısoylu deyib: “İmadəddin Nəsimi milli varlığımız olan ədəbi dilimizin zənginləşməsi və təkmilləşməsində misilsiz xidmətləri olan qüdrətli söz ustadıdır. Onun şeirləri XIV əsr Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunələridir”.
Sonra özbəkistanlı alim-tərcüməçi Tahir Qahharın “İmadəddin Nəsiminin əsərlərinin özbək dilinə tərcüməsi” mövzusunda çıxışı dinlənilib. O, Özbəkistan-Azərbaycan ədəbi əlaqələrindən, bu münasibətlərin daha da möhkəmlənməsində Nəsimi yaradıcılığının xüsusi rolundan danışıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “XV əsr özbək ədəbiyyatında Nəsimidən bəhrələnmələr” mövzusunda çıxışında qeyd edib ki, orta əsr Özbəkistan ədəbiyyatına nəzər saldıqda özbək şairlərin texniki, ideya və üslub baxımından Nəsimidən bəhrələndiklərini görmək mümkündür.
Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında İmadəddin Nəsiminin yaradıcılığının mühüm rol oynadığını bildirib. O, Nəsiminin 650 illiyi münasibətilə Mərkəz tərəfindən özbək dilində çap olunan “Jonani sevarman” kitabını təqdim edib. Qeyd edib ki, kitabda Nəsiminin özbək dilinə tərcümə olunmuş şeirləri və şairin AMEA-nın Əlyazmalar İnstitutunda qorunan əlyazmaları yer alıb.
Konfransda AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Nəsimi yaradıcılığında insan konsepsiyası”, AMEA-nın müxbir üzvü Kamran Əliyevin “İmadəddin Nəsimi və folklor”, özbəkistanlı tarixçi-publisist Şuxrat Salmanovun “İmadəddin Nəsimi və özbək ədəbiyyatı”, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətlinin “İmadəddin Nəsiminin fəlsəfəsi” mövzularında çıxışları dinlənilib.
Özbəkistanlı qonaqlara milli mədəniyyətimizi ölkələrində fəal təbliğ etdiklərinə, Azərbaycan həqiqətlərini və Ermənistanın işğalçılıq siyasətini Özbəkistan mediasında geniş işıqlandırdıqlarına görə “Kaspi” qəzeti, “Kaspi” Təhsil Şirkəti və Azərbaycan Mətbuat Şurası tərəfindən diplomlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08

