Beynəlxalq Qızıl Xaç Komitəsi ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
03.04.2019 [09:34]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Elena Aymone Sessera ilə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov həssas qruplardan olan vətəndaşların qayğı ilə əhatə olunmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial siyasətdə mühüm yer tutduğunu vurğulayıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini bu sahədə ölkəmizdə aparılan işləri, sosial həssas qruplar və əlilliyi olan şəxslərin pensiya və müavinətlərinin, təqaüdlərinin artırılması, onların reabilitasiyası, əmək bazarına inteqrasiyası istiqamətində atılan mühüm addımlar barədə danışıb.
A.Kərimov BQXK-nın humanitar məqsədli proqramlarının, itkin düşmüş şəxslərin ailələri, cəbhəyanı ərazilərlə bağlı sosial layihələrinin, eləcə də nazirliyin komitə ilə əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Elena Aymone Sessera komitənin son illərdə həyata keçirdiyi layihələrdən və gələcək hədəflər barədə danışıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ötən dövrdə həyata keçirilən əməkdaşlıq təcrübəsinin uğurlu olduğunu deyib. O, həmçinin nazirliyin həyata keçirdiyi özünəməşğulluq proqramına təlimlərin keçirilməsində və peşə hazırlığı tədbirlərinə dəstək olmaqda hazır olduğunu bildirib.
Görüşdə BQXK-nın humanitar fəaliyyəti, cəbhəyanı ərazilərdə yaşayan əhaliyə dəstək, mina partlayışı qurbanları və mina partlayışından zərər çəkmiş şəxslərə yardımla bağlı proqramları və s. ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

