/ / Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi on səkkizinci dəfə qapılarını ziyarətçilərin üzünə açıb
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi on səkkizinci dəfə qapılarını ziyarətçilərin üzünə açıb
05.04.2019 [09:26]
Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.
AZƏRTAC xəbər verir ki, bu il “AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilir. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Dünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.
Açılış mərasimində çıxış edən sərginin regional direktoru Edvard Stroon bildirib ki, builki sərgini fərqləndirən cəhət onun artıq Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus” sərgisi ilə eyni platformada keçirilməməsidir. Marketinq araşdırmaları apararaq və eksponentlərin müraciətlərini nəzərə alaraq sərgi təşkilatçıları “HOREX Caucasus” sərgisini qida və qablaşdırma mövzusuna həsr olunmuş sərgilər ilə paralel keçirmək qərarına gəliblər. Beləliklə, bundan belə sırf turizm tədbiri formatında keçiriləcək “AITF” sərgisi bütün diqqəti gediş və gəliş turizminə, eləcə də işgüzar turizm - MICE sənayesinin inkişafına yönəldəcək. Ölkəyə gələn turist axınının artması, Azərbaycanda müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq əlaqələrin inkişafı fonunda bu mövzunun aktuallığı heç bir şübhə doğurmur. MICE sektorunun aparıcı mexanizmlərindən biri olan sərgi turizm agentlikləri, aviaşirkətlər, eləcə də son istehlakçılar arasında əlaqə yaradır. Sərgi yerli və xarici mütəxəssislərin, o cümlədən dövlət strukturlarının görüş yeridir.
Qeyd edilib ki, “Bütün dünya. Bir sərgi” bu şüar altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edir. Belarus, Bolqarıstan, Çex, Çin, Dominikan, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir.
Milli və regional stendlərdə kurort və sanatoriyalar, turizm şirkətləri və mehmanxana şəbəkələrinin nümayəndələri çalışacaqlar.
Bu il Dominikan Respublikası Turizm Nazirliyi iştirakçı ölkələr arasında seçilmək və öz turizm istiqamətini daha parlaq şəkildə təqdim etmək məqsədilə “AITF 2019” sərgisinin sponsoru qismində çıxış edir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “AITF” sərgisinin 18 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platformasına çevrildiyini vurğulayıb. Turizmin ölkə iqtisadiyyatının ən prioritet sahələrindən biri olduğunu deyən F.Nağıyev ötən ilin sonundan etibarən Azərbaycanın 6 ölkədə - Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində daimi turizm nümayəndəliyinin fəaliyyətə başladığını xatırladıb. Diqqətə çatdırıb ki, eyni zamanda Böyük Britaniya, Fransa, İran və Koreya Respublikasında da daimi turizm nümayəndəliyinin açılması nəzərdə tutulub.
“Ölkənin yeni turizm brendi ilə yanaşı, aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək. Ötən il ölkəmizi ziyarət edən xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə 153 min nəfər, yəni 6 faiz artaraq 2,8 milyona çatıb. Bu ilin 2 ayı ərzində 364 min xarici ziyarətçi ölkəmizə gəlib. Turistlərin sayının ildən-ilə artırılması turist məmnunluğunun yaradılması da əsas məqsədlərimiz sırasındadır”, - deyə Dövlət Turizm Agentliyinin sədri vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ənənəvi olaraq keçirilən bu sərgi turizm sənayesində mövcud çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynayır: “İqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərə nisbətən fərqlənir. Bu gün ölkələr turist axını cəlb edilməsi uğrunda ciddi mübarizə aparır. Bu baxımdan ölkəmizdə turizm sektoruna mühüm diqqət ayrılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açır. Ölkəmizin turizm potensialının beynəlxalq aləmdə təbliği, turistlərin ölkəmizə cəlb edilməsi, müasir turizm infrastrukturunun yaradılması və viza rejiminin sadələşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Biznes sahəsində sahibkarlığın inkişaf etdirilməsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur”.
Azərbaycan Otelləri Assosiasiyasının prezidenti Martin Kleymann təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, Otellər Assosiasiyasının əsas məqsədi kiçik və böyük mehmanxanaların maraqlarını müdafiə etmək və onları dünyada tanıtmaqdır.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycanın cəlbedici turizm destinasiyası kimi təqdim olunmasında “AITF” sərgisinin daşıdığı əhəmiyyət danılmazdır. Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edəcək. Azərbaycanın turizm şirkətlərini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini nümayiş etdirəcək. “AITF 2019” sərgisinin iştirakçıları üç gün ərzində öz təklifləri ilə yay və qış turizm mövsümlərini əhatə etməklə, turizm xidmətlərinin bütün spektrini görə biləcəklər.
Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, bu il də “AITF” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Xüsusi sektor olan “Tibbi və Sağlamlıq Turizmi” çərçivəsində Belarus, Bolqarıstanı, Çex, Sloveniyanı və Rusiyanı təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri iştirak edirlər.
Qeyd edilib ki, “AITF” sərgisi həm də geniş işgüzar proqramdır. Belə ki, sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil ediləcək. 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Azərbaycan poeziyasının ilk incilərinin müəllifi olan İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb. Nəsimi Azərbaycan divan poeziyasının atası və Azərbaycan ədəbi dilinin banisi hesab edilir. Bu münasibətlə sərginin üç iş günü ərzində qonaqlara “Nəsimi tarixi və yaradıcılığına səyahət” etmək və bununla da dahi şairin əziz xatirəsini yad edərək Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı yaradılacaq.
Tədbirdə Dövlət Turizm Agentliyinin şöbə müdiri Cəmilə Talıbzadə Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilinin sərgi iştirakçılarına məktubunu oxuyub.
Sonra iştirakçılar sərginin informasiya tərəfdaşlarından olan AZƏRTAC-ın stendinin də yer aldığı sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi aprelin 6-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18

