Bacarıqlı pedaqoq, fəal vətəndaş, yorulmaz tədqiqatçı: Professor Nizami Xudiyev
06.04.2019 [09:11]
Bəzən elmdə, ictimai-publisistik mühitdə ciddi imzası olan, habelə cəmiyyətdə özünəməxsus yolu, mövqeyi ilə seçilən, şəxsən tanıdığımız və tanımadığımız adamlar haqqında söz demək ehtiyacı duyursan; lakin hansı səbəblərdənsə bu cür yazılar ya gecikir, ya da vaxtında yazılmadığından daim səninçün narahatçılıq yaradır. Bu cür yazıları yazmaqda bəzən gecikirik, bəzən də hansısa bir münasibət (məsələn, yubiley) gözləyirik.
Professor Nizami Xudiyevin bütün fəaliyyəti boyu yazdıqları (həm elmi, həm də ictimai publisistik) əslində onun yaşadığı şərəfli ömrün yalnız kiçik bir hissəsidir və biz də burada həyatda və fəaliyyətində son dərəcə səmimi olan ziyalımızın, alimimizin əsərləri üzərində, demək olar ki, dayanmadıq. İndiyədək onun 60-dək irili-xırdalı əsəri, 300-dək məqaləsi olduğunu bilirik. Bizə yalnız onu demək qalır ki, Nizami müəllimin yaradıcılığı çağdaş və gələcək oxucular üçün dəyərli bir mənbədir. Yaxşı haldır ki, bu elmi-mənəvi sərvətin sahibi bizim, demək olar ki, hər həftə qarşılaşdığımız, iş yerində və tədbirlərdə rastlaşdığımız, özünə və yaradıcılığına dərin hörmət bəslədiyimiz həmkarımızdır. Onun elmi-pedaqoji fəaliyyəti kimi xarakteri də safdır, təmizdir.
Nizami müəllim hər şeydən öncə müəllimdir, bu, onun bioqrafiyasının ümdə prioritetidir. Bu sahə ona son dərəcə doğma olduğu kimi, həm də təbiətinə uyğun gələn bir sahədir. N.Xudiyev həm də ziyalı vətəndaşdır.
Şübhəsiz, onun elmi-pedaqoji fəaliyyətinin çoxşaxəli istiqamətlərinin siyahısını uzatmaq, bu yaradıcılıq istiqamətlərinin hər birinin ayrıntıları üzərində geniş dayanmaq, araşdırmalarının məzmununa nəzər yetirmək də məqsədəuyğun olardı. Belə ki, professor Nizami Xudiyevin özü ilə sözü, ziyalılığı ilə kimliyi tam bir vəhdətdədir. Onun pedaqoji elmi fəaliyyətini səciyyələndirən amillərdən biri məhz budur; bəzi hallarda ziyalılarda bu vəhdətin qabarıq nəzərə çarpmadığının az şahidi olmamışıq. O, həyatda olduğu kimi, elmi fəaliyyətində, publisistik və pedaqoji elmi yaradıcılığında da eyni dərəcədə səmimidir, təvazökardır.
Birincisi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor kimi yüksək elmi dərəcə və adı daşıyan müəllimimiz layiqli ziyalıların yetirməsidir. Bu zaman üç nəfəri xüsusi qeyd etməliyəm. Zəif, təmkinli səslə mühazirələr deyən Abbasqulu Məhərrəmov qədim türk dilinin xiridarlarından biri olaraq onun sevimli müəllimi idi. Onun alim kimi püxtələşməsində kafedra müdiri, professor, görkəmli dilçi-alim mərhum Əbdüləzəl Dəmirçizadəni də unutmaq olmaz. İctimai-elmi fəaliyyətində o vaxtlar fakültəmizin dekanı, sonralar rektor işləmiş mərhum akademik Afat Qurbanovun da böyük əməyini minnətdarlıqla yad etmək lazımdır.
İkincisi, geniş yaradıcılıq diapazonuna malik bu tədqiqatçı alim klassiklərimizdən tutmuş müasirlərimizədək, filoloji problemləri əzm və ehtirasla gündəmdə saxlayan, ictimai-elmi fəaliyyətində sıx əməkdaşlıqdan yorulmayan elm sahiblərindəndir.
Üçüncüsü, peşəkar təhsil təşkilatçısı kimi onun fəaliyyəti də Vətənə ləyaqətlə xidmət nümunəsidir və elə ikinci cəhətlə bağlılıq təşkil edən bir xüsusiyyət, müstəqillik dövründə universitetimizdə geniş vüsət almış türkologiya istiqamətinə, milli ədəbi dilin tədrisinə Nizami müəllimin verdiyi töhfədir. O, bu fənni tədris etməklə bərabər, həm də kurs üzrə proqram və dərs vəsaitlərinin yazılmasında yaxından iştirak edir.
Dördüncüsü, bir alim və insan kimi Nizami müəllimi səciyyələndirən ən ümdə cəhətlərdən biri də onun öz həmkarlarının, xüsusilə magistrant və doktorantların elmi, elmi-pedaqoji fəaliyyətinə biganəlikdən uzaq olması, elmi rəhbər kimi elmi diskussiya və müzakirələrə xeyirxahlığa söykənən meyilliliyidir. Həm alim, həm də təhsil təşkilatçısı kimi xeyirxahlığı ilə seçilən ziyalıdır.
Beşincisi, həm Milli Məclisin deputatı, həm universitet rektoru, həm Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi çalışdığı bütün işlərdə Ulu Öndər və Onun layiqli davamçısı olaraq Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğu ilə bağlı tarixi fəaliyyətlərini daim təbliğ və təqdir etməsi sahəsində ictimai fəallığı da xüsusi qeyd edilməlidir.
Həyat Nizami Xudiyevi çox sınaqlara çəkib... Amma o, bütün bunlara sinə gərib, ürəyində kin, qəzəb gəzdirməyib, müəllim, ziyalı, pedaqoq adlarını həmişə uca tutub.
Onun uzunillik elmi-pedaqoji fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də müəllifin tədqiqatlarında özünü göstərən tarixi-xronoloji ardıcıllığa bir pedaqoq kimi əməl etməsidir. Belə ki, kitabda müəllif ədəbi dilin özünəməxsus etnogenezisində özünü göstərən, mahiyyəti, məzmunu, məqsədi təhlil etməklə kifayətlənmir, eyni zamanda onun varislik ənənələrinin qorunub saxlanıldığını ədəbiyyatın bu dövrlərdə yaradıcı surətdə necə davam etdirildiyini elmi cəhətdən sübut edir. Bütün bunlar Nizami Xudiyevin bir peşəkar dilçi-tədqiqatçı olmaqla, öz soy-kökünə bağlılığının, ona ehtiramının nəticəsidir. Başqa türksoylu xalqların etnik tarixinə olan məhəbbət də məhz bundan qaynaqlanır. Çünki Nizami müəllim öz soy-kökünə, mənəvi dəyərlərinə bağlı və onu sevən bir mütəxəssis - vətəndaşdır. Deyirlər, öz qədrini bilməyən başqasının qədrini heç bilməz. Nizami müəllimin soy-kökündən gələn səsləri, bir tərəfdən sözlərə, cümlələrə, əsərlərə çevirərək gənc nəslə çatdırmaq istəyi öz millətinə sevgi və etiramı ilə bağlıdırsa, digər tərəfdən gənclərə türksoylu xalqların bir kökdən olduğunu anlatmaq, onları birliyə səsləmək məqsədindən qaynaqlandığını göstərməkdir. Bu mənada onun aşağıdakı iri həcmli əsərlərini xüsusi qeyd etmək istəyirəm:
* Azərbaycan antroponimlərinin təşəkkülü və inkişafı.- Bakı: Azərnəşr, 2005.- 160 s.
* Azərbaycan ədəbi dili tarixi: ali məktəblər üçün dərslik.- Bakı: Maarif, 1995.- 496 s.
* Azərbaycan ədəbi dili tarixi - Ankara, 1997 - 491 s.
* Azərbaycan ədəbi dilinin sovet dövrü ali məktəblər üçün dərs vəsaiti.- Bakı: Maarif, 1989.- 400, [3] s.
* Xalqın tarixi haqqı: dilimiz, varlığımız.- Bakı: Azərbaycan, 2003.- 336 s.
* Zamanın axarı ilə: Məqalələr, rəylər, müsahibələr, xatirələr, çıxışlar, ssenarilər. - Bakı: Azərnəşr, 2004.- 744s.
İti müşahidə qabiliyyəti, analitik və məntiqi təfəkkürü, faktları ümumiləşdirmə bacarığı, intuisiyası Nizami müəllimi çoxlarından fərqləndirir. Elmdə cəsarətlilik hər bir alim üçün hünər sayılır. O, irəli sürdüyü ideyanın tutumunu da, təsir gücünü də, sabah üçün faydasını da əvvəlcədən görməyi bacaran alimdir. Onun ədəbi-ictimai məqalələri buna sübutdur. Bu baxımdan onun fikirlərindəki orijinallıq hamılıqla bəyənilir...
Bir sözlə, professor Nizami Xudiyev tanınmış ziyalı və fəal vətəndaş olaraq hər cür ehtirama layiqdir.
Həsən Bayramov
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Pedaqoji elmlər doktoru
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03

