/ / Qaradağda Prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsinin 1 illiyinə həsr olunmuş tədbir keçirilib
Qaradağda Prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsinin 1 illiyinə həsr olunmuş tədbir keçirilib
11.04.2019 [09:13]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı rayon İcra Hakimiyyəti ilə birlikdə cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş “Sosial tərəqqi və davamlı inkişaf” mövzusunda dəyirmi masa keçirib. Qaradağ rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycanda 2003-cu ildən başlayaraq sosial-iqtisadi, siyasi, hüquqi və digər sahələrdə aparılan islahatlar son bir ildə də uğurla davam etdirilib. “Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqram başa çatdı. Prezident İlham Əliyev bölgələrə 24 dəfə səfər etdi, mühüm sosial və hərbi təyinatlı obyektlərin açılışını etdi. Avropa İttifaqı ilə Yeni Tərəfdaşlıq Prioritetləri müəyyənləşdi, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edildi” - deyən S.Mikayılov bildirib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanıldı, Naxçıvanda uğurlu Günnüt əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olundu: “Həmçinin ötən ilin mayında Cənub Qaz Dəhlizinin, iyunda isə onun mühüm hissələrindən biri olan TANAP-ın açılışının olması əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Bütövlükdə bütün sahələrdə əldə olunan uğurlar bu siyasətə alternativin olmadığını sübuta yetirir”, - deyə Süleyman Mikayılov qeyd edib.
YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov da çıxışında Azərbaycanın regionda əsas söz sahibinə çevrildiyini bildirib. Onun sözlərinə görə, ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb: “Dövlət başçısının sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Bu amili son illərin dövlət büdcəsinə nəzər salarkən aydın şəkildə görmək olar. 2019-cu ilin dövlət büdcəsinin 33,4 faizinin məhz sosialyönümlü xərclərə ayrılması bir daha təsdiqlədi ki, sosial müdafiənin təmin edilməsi ölkə rəhbərinin daim diqqət mərkəzində olan məsələdir. Bu il əməkhaqları 38 faiz artıb. Minimum pensiyaların məbləği də 38 faiz artaraq 116 manatdan 160 manata yüksəlib. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatının yaxşılaşdırılmasına yönəlib. İqtisadi islahatların nəticəsi olaraq ölkəmizdə əməkhaqları, pensiyalar da davamlı olaraq artırılacaq”.
A.Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar nüfuzlu reytinq təşkilatları tərəfindən də təqdir edilir. Fransanın “Opinion Way” şirkəti tərəfindən keçirilən rəy sorğusunun nəticələri bunu bir daha təsdiq edir.
Millət vəkili Tahir Mirkişili isə həyata keçirilən islahatlardan danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilib. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verib.
Tədbirdə çıxış edən 3 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisi Nəriman Qurbanov, SOCAR Təlim-Tədris Sertifikatlaşdırma İdarəsi Qobustan Regional mərkəzinin direktoru Nəzakət Məmmədova, gənc fəallar Seyidməmməd Məmmədzadə, Könül Əhmədova və digərləri ötən bir ildə əldə edilən uğurlardan bəhs ediblər.
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30

