/ / Rokuelle Herron: Məqsədimiz gəncləri narkotiklərdən istifadənin fəsadları barədə daha çox məlumatlandırmaqdır
Rokuelle Herron: Məqsədimiz gəncləri narkotiklərdən istifadənin fəsadları barədə daha çox məlumatlandırmaqdır
17.04.2019 [09:58]
Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın (IDEC) “Tələbatın Azaldılması Təhsil Proqramı” kimi proqramlarının həyata keçirilməsində əsas məqsəd gəncləri narkotiklərdən istifadənin təhlükəli fəsadları barədə daha çox məlumatlandırmaqdır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqo şəhərində fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron deyib.
Rokuelle Herron bildirib ki, o, ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasında bu sahədə 30 illik təcrübəyə malikdir. Bakıda Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə “Mən öz gələcəyimi seçirəm” mövzusunda keçirdiyi mühazirənin sayca 540-cı təqdimat olduğunu və indiyədək təxminən 95 min şagird və tələbə qarşısında çıxış etdiyini deyən Rokuelle Herron qeyd edib ki, azərbaycanlı gənclərin qarşısında təqdimatla çıxış etməsindən məmnundur.
Təqdimatın məqsədi barədə danışan amerikalı mütəxəssis diqqətə çatdırıb ki, tədbirin əsas hədəflərindən biri narkotiklərdən qeyri-qanuni istifadə ilə bağlı ABŞ-da olan problemlər barədə azərbaycanlı şagird və tələbələri məlumatlandırmaqdır: “Narkotiklərdən qeyri-qanuni istifadə bütün dünyada yayılmış bir problemdir və ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası dünyada bu sahədə müvafiq iş aparır”.
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın əhəmiyyətini xüsusi vurğulayan Rokuelle Herron deyib ki, tədbir narkotiklərlə mübarizə sahəsində ölkələr arasında təcrübə mübadiləsinin aparılması və bu təhlükəyə qarşı birgə əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox önəmlidir. Rokuelle Herron bildirib ki, o, həmin konfrans çərçivəsində ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının dəvəti ilə ekspert kimi Azərbaycana gəlib. ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası narkotiklərlə mübarizə üzrə fəaliyyətini təkcə narkotik vasitələrin satışı ilə məşğul olanların həbs edilməsi ilə məhdudlaşdırmır, həmçinin təşkilat tərəfindən gəncləri narkotiklərdən uzaq durmağa təşviq etmək məqsədilə bu cür maarifləndirmə seminarları keçirilir. O, Azərbaycanın ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının belə proqramı həyata keçirdiyi 10-cu ölkə olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

