/ / "Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir" layihəsi çərçivəsində keçirilən məktəblərarası müsabiqənin qalibləri mükafatlandırılıb
"Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir" layihəsi çərçivəsində keçirilən məktəblərarası müsabiqənin qalibləri mükafatlandırılıb
17.04.2019 [14:11]
"Pətək" Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin Təhsil Nazirliyinin dəstəyi və TİKA ilə birgə həyata keçirdiyi müsabiqəyə qatılan şagirdlər "Milli mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın" mövzusunda "Ən yaxşı hekayə" və "Ən yaxşı videoçarx" nominasiyaları uğrunda yarışıblar
"Pətək" Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin Təhsil Nazirliyinin dəstəyi və TİKA ilə birgə həyata keçirdiyi "Dəyərlərimiz – sərvətimiz, gələcəyimizdir" layihəsi çərçivəsində keçirilən məktəblərarası müsabiqə başa çatıb. Aprelin 16-da qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan ümumtəhsil məktəb və liseylərindən, həmçinin rayonlardan müsabiqəyə qatılan fəal şagirdlər, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən "Pətək" İB-nin sədri Sevinc Əsgərova bildirib ki, layihə çərçivəsində keçirilən təqdimatlara Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan 80 ümumtəhsil məktəbindən 5714 şagird, həmçinin bölgələr üzrə 11 rayonun (Astara, Lənkəran, Masallı, Salyan, Şirvan, Hacıqabul, Zaqatala, Balakən, Şəki, Oğuz, Qəbələ) 202 məktəbindən 1883 şagird qatılıb. Şagirdlər "Milli mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın" mövzusunda "Ən yaxşı hekayə" və "Ən yaxşı videoçarx" nominasiyaları uğrunda yarışıblar.
Sevinc Əsgərova deyib ki, bu layihəni keçirməkdə məqsəd gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli inkişaf etmiş, əxlaqlı bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaqdır: "Məktəblilərin asudə vaxtlarını faydalı axtarışlara yönəltməyi, milli-mənəvi dəyərlərimizi öyrənmələrini, bunu yaşam və davranışlarında tətbiq etmələrini istəyirdik".
Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral öncə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Hər iki ölkənin zəngin tarixə və mədəniyyətə malik olduğunu qeyd edən səfir "Azərbaycan xalqının da öz dəyərlərini qoruyub saxlaması təqdirəlayiqdir. Türk milləti olaraq milli dəyərlərimizə çox ciddi önəm veririk", - deyə əlavə edib.
Səfirin sözlərinə görə, dünyanın son 20 ildə müxtəlif sahələrdə inkişafa nail olduğu, elm və texnologiyanın sürətlə inkişaf etdiyi, internetin həyatımızın az qala ayrılmaz bir hissəsinə çevrildiyi bir şəraitdə milli-mənəvi dəyərlərimizi, zəngin tariximizi qorumaq çox vacibdir.
Sonra çıxış edən Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdürü Firudun Həmzəyev, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Bakı şəhər Təhsil idarəsinin İnkişaf Layihələri sektorunun məsləhətçisi Səkinə Ağalarova və digərləri belə tədbirin keçirilməsinin gənc nəslin milli-mənəvi dəyərlərə bağlı böyüməsində mühüm bir əhəmiyyətə malik olduğunu bildirib, məktəblilələrə uğurlar arzulayıblar.
Çıxışlardan sonra yazıçı dramaturq Əli Əmirli, xalq artisti Həmidə Ömərova, əməkdar artist Fərqanə Qasımova, təhsil eksperti Şahlar Əsgərov, "Dimet" klinikasının baş həkimi Səfərbəy Səfərbəyov və "Herba Flora" şirkətinin rəhbəri Fizuli Hüseynovdan ibarət münsiflər heyətinin müəyyənləşdirdiyi müsağiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Qaliblərə hədiyyə və diplomlar təqdim edilib, müsabiqədə fəal iştirak edən şagirdlərə isə təşəkkürnamə verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38

