AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
24.04.2019 [09:24]
Aprelin 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “Kənd-Qida-İŞ” Həmkarlar İttifaqı Federasiyasının dəvəti ilə Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin “Şeker-İŞ” Həmkarlar İttifaqının nümayəndə heyətinin AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevlə görüşü keçirilib.
AHİK-dən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan Səttar Möhbalıyev onlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz sıralarında 1 milyon 500 min həmkarlar ittifaqı üzvünü birləşdirir. Hər ay ittifaq üzvlərinin sayının artırılması üçün mütəmadi olaraq işlər aparılır. Yeni həmkarlar ittifaqı komitələri yaradılır. Buna misal olaraq deyib ki, bu yaxınlarda Gömrük işçilərinin həmkarlar ittifaqı komitəsi yaradılıb. Həmin təşkilatda həmkarlar ittifaqı yaradılması üçün uzun müddət iş aparılıb. Hazırda yeni yaradılan həmkarlar ittifaqının 7 minə yaxın üzvü var. S.Möhbalıyev qeyd edib ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də özəl və transmilli sektorda həmkarlar ittifaqı təşkilatlarının yaradılmasıdır. Bu yolda bir sıra məhdudiyyətlər və əngəllər olsa da məqsədimizə nail ola bilirik. “Buna misal olaraq bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Ölkəmizdə metal istehsalı ilə məşğul olan transmilli şirkət fəaliyyət göstərir. Həmin şirkətdə 2 minə yaxın işçi çalışır. Rəhbəri isə əcnəbi vətəndaşdır. Biz həmin şirkətdə həmkarlar ittifaqı təşkilatı yaratmaq istəyirdik. İşəgötürən isə hər vasitə ilə buna əngəl törədərək işçilərin bu məsələyə etiraz etdiklərini bildirirdi. Müəyyən müddət keçəndən sonra müəssisə rəhbəri bizimlə əlaqə yaradıb görüşmək istədiyini bildirdi. Görüş zamanı o, etiraf etdi ki, həmkarlar ittifaqı təşkilatı yaradılması məsələsinə özü maneçilik törədirmiş və rəhbərlik etdiyi şirkətdə təşkilatın təsis edilməsini təklif etdi. Yəni, fəaliyyətimizdə belə hallara rast gəlmək olur”, -deyə AHİK sədri vurğulayıb.
S.Möhbalıyev AHİK-in dövlət orqanları ilə işgüzar münasibətlərinin olduğunu diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında hər 2 ildən bir Baş Kollektiv Saziş imzalanır. Cəmiyyətin bütün sahələrini özündə ehtiva edən bu Saziş uzun müzakirələrdən sonra hazırlanır və dediyim kimi, ölkənin Baş Naziri, AHİK və Sahibkarların Milli Konfederasiyası tərəfindən imzalanır. Daha sonra isə, bütün sahə həmkarlar ittifaqları Baş Kollektiv Sazişin müddəalarını rəhbər tutaraq işəgötürənlərlə Kollektiv sazişlər bağlayırlar.
Son zamanlarda Azərbaycan Prezidenti tərəfindən həyati əhəmiyyətli sərəncamların imzalanmasını qonaqların nəzərinə çatdıran AHİK sədri bu sərəncamların verilməsi nəticəsində işləyən əhalinin əməkhaqlarının artırılmasını, sosial müavinətlərin səviyyəsinin yüksəldilməsini, yeni müavinətlərin təyin edilməsini, pensiyaların, tələbə təqaüdlərinin artırılmasını və ümumilikdə insanların sosial rifahının yüksəldilməsini qeyd edərək bu istiqamətdə xeyli işlərin görüldüyünü diqqətə çatdırıb. O, eyni zamanda, 2015-ci ildə xarici valyutanın dəyərinin yüksəlməsi nəticəsində bir qrup əhalinin kredit borclarında yaranan problemlərin həlli və onlara dəymiş zərərin dövlət tərəfindən ödənilməsi üçün mühüm Sərəncamın verilməsini xüsusi vurğulayıb.
S.Möhbalıyev Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı sahəsində böyük ölçüdə işlər görüldüyünü, hər iki ölkəyə qarşılıqlı sərmayələrin qoyulması ilə iqtisadiyyatın yüksələn xətlə inkişaf etdiyini söyləyib.
AHİK sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın hər zaman qardaş Türkiyənin dəstəyinin şahidi olduğunu bildirib. Türkiyə hökumətinin və xalqının bu taleyüklü məsələdə daim yanımızda olduğunu məmnunluq hissi ilə diqqətə çatdırıb.
Nümayəndə heyətinin başçısı, Türkiyənin “Şeker-İŞ” həmkarlar ittifaqının prezidenti İsa Gök ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə edərək Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti ilə yaxından tanış olmaları üçün onlara hər cür şəraitin yaradıldığını deyib. Buna görə AHİK rəhbərliyinə nümayəndə heyəti adında dərin təşəkkürünü bildirib. Qonaq Azərbaycana 20 il bundan əvvəl səfər etdiyini, ötən illər ərzində ölkəmizin böyük bir inkişaf yolu keçdiyinin şahidi olmasını, heyranlığını dərin məmnunluq hissi ilə dilə gətirib. Buna görə xalqımızı təbrik edib.
Görüşdə hər iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi də yer alıb.
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

