Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
01.05.2019 [09:26]
Aprelin 30-da Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, hesabat ilində görülən işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub. Hər il olduğu kimi, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə əsasən oktyabrın 15-dən 21-dək “Azərbaycanda Yerli demokratiya həftəsi” tədbirləri həyata keçirilib.
Qeyd olunub ki, 2018-ci ildə ölkənin şəhər bələdiyyələrində keçirilən 1188 görüşdə 76889 nəfər iştirak edib, bələdiyyələrdə 6223 nəfər vətəndaşın qəbulu təşkil olunub. Ötən il “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 68 şəhər bələdiyyəsi tərəfindən 19 istiqamətdə, 365 layihə üzrə, 4439710 manatlıq layihələr icra olunub. Ötən il ölkənin şəhər bələdiyyələrinin gəlirləri əvvəlki ilə nisbətən 16 faiz artaraq 15206291 manat, xərclər isə 17,5 faiz artmaqla 14805917 manat təşkil edib. Başqa sözlə, 2018-ci ildə şəhər bələdiyyələri əvvəlki ilə nisbətən 2097691 manat artıq gəlir əldə edərək, hesabat ilini 2207223 manat artıq xərclərlə başa vurublar. Yerli büdcə gəlirlərinin formalaşmasından danışarkən, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə aparılan işlərin əhəmiyyətini xüsusilə qeyd etməliyik. Məlumdur ki, Prezident Administrasiyasının dəstəyi ilə Milli Assosiasiyaların hazırladığı bu Proqram artıq üçüncü ildir ki, ölkənin bələdiyyə sektorunda tətbiq olunur. “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə layihəni həyata keçirərkən əsas hədəflərimiz ondan ibarət olub ki, bələdiyyə ərazilərindəki tədiyəçilərin vergi uçotunun dəqiq qurulması ilə, indiyədək istifadə edə bilmədiyimiz maliyyə resurslarımızı hərəkətə gətirək, onların aktivliyini eləcə də iqtisadi potensialımızın torpaq satışından asılı olmayan dayanıqlı mənbələr üzərində qurulmasını təmin edək. “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nə daxil olan məlumatların təhlilləri göstərir ki, 2018-ci ildə şəhər bələdiyyələrinin büdcə gəlirlərinin 84,3 faizi yerli vergi və ödənişlərdən, 12,3 faizi dövlət tərəfindən verilən dotasiya, 3,4 faizi bələdiyyələrin digər gəlirləri hesabına formalaşıb. Təqdirəlayiq haldır ki, ayrıca götürdükdə şəhər bələdiyyələrinin vergi və ödənişlər üzrə gəlirləri ötən il 23,2 faiz artıb. 2018-ci ildə yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 8,5 faiz, küçə (divar) reklamının yayımı üçün ödəniş 91,3 faiz azalsa da, fiziki şəxslərdən əmlak və torpaq vergiləri 1,1 dəfə, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər 1,4 dəfə, nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üzrə ödənişlər 1,4 dəfə, stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlər üzrə ödənişlər 2,7 dəfə, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi üzrə ödənişlər 1,5 dəfə, bələdiyyə mülkiyyətinin icarəsi üzrə ödənişlər isə 5,7 dəfə artıb.
Sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.
Daha sonra bir sıra şəhər bələdiyyə sədrlərinin hesabatları təqdim edilib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələrin öz fəaliyyətlərini mövcud çağırışlara uyğun qurmalı olduqlarını bildirərək deyib: “Bələdiyyələr yerli büdcə məsələsinə ciddi əməl etməlidirlər. Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcların bir hissəsi büdcə sisteminə əməl edilməməsi səbəbindən meydana gəlib. Bu gün bələdiyyələrin iqtisadi imkanlarının artırılması məsələsi gündəmdədir. Lakin, bəzən qanunvericiliyin verdiyi imkanlardan səmərəli şəkildə istifadə edilmir. Bu imkanlardan lazımi şəkildə istifadə edilsə, bələdiyyələrin iqtisadi imkanları xeyli artar. Bələdiyyələrlə bağlı şikayətlərin əksəriyyətində hesabatlılığın olmaması, qanunvericiliyin tələblərinə əməl edilməməsi kimi məsələlər yer alır”.
Çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrlə bağlı bir neçə qanuna ciddi düzəlişlər edildiyini söyləyib. Bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri”, “Qəbiristanlıqlar və qəbir yerləri” haqqında qanunlar bu qəbildəndir.
A.Rəhimzadə qeyd edib ki, yerli idarəetmə sisteminə maraq ildən-ilə azalır. Bu, bələdiyyələrə seçkilərdə seçicilərin sayında da özünü göstərir. Bələdiyyələr əhali ilə mütəmadi təmasda olmalıdırlar. KİV-lərdə bələdiyyələrlə bağlı mütəmadi xəbərlər getməli, verilişlər hazırlanmalıdır. Bələdiyyələr tez-tez müxtəlif sosial layihələrlə çıxış etməlidirlər. Bələdiyyələr böyük qüvvədirlər. Bu qüvvədən ideoloji sahədə də istifadə etmək olar.
Ötən bir ildə Azərbaycanda xeyli uğurların qazanıldığını vurğulayan Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələrin fəaliyyəti ilə bağlı məsələlərə toxunaraq deyib: “Bələdiyyələrin büdcə gəlirlərində qismən azalma müşahidə edilir. Yerli büdcənin azalmasına müxtəlif səbəblər göstərilsə də, bu problem əsasən obyektlərin uçot işinin düzgün aparılmamasından qaynaqlanır. Tədiyəçilərin uçot işi düzgün aparılmır. Buna görə də, yerli büdcə gəlirləri azalır”.
E.Eyvazov deyib ki, şəhər bələdiyyələrinin büdcə gəlirləri 18 faiz çoxalıb. Lakin bunlarla kifayətlənmək olmaz. Təhlillər göstərir ki, yerli büdcədə 0,3 faiz əmlak, 4,8 dəfə mənfəət və 18,3 faiz mədən vergiləri artıb. Əminəm ki, bu rəqəm də ilbəil artacaq.
Sektor müdiri qeyd edib ki, bələdiyyələrin problemlərinin aradan qaldırılması aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Dövlətimiz bələdiyyələri diqqətdə saxlayır. Bələdiyyə sədrləri daha məsuliyyətli olmalı, işlərində dönüş yaratmalıdırlar.
Sonra iclasın qərarı oxunub, qərar layihəsi və nəzarət-təftiş komissiyasının hesabatı qəbul edilib.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2019-cu il büdcəsi təsdiqlənib.
Sonra bir sıra təşkilati məsələlər səsə qoyularaq qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58

