Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib
07.05.2019 [08:57]
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib.
Şəki-Zaqatala bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilən profilaktik müayinə günləri başa çatıb.
MOM-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 26-dan mayın 4-dək olan müddət ərzində Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadaları bölgə əhalisini onkoloji xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə səyyar mamoqrafiya, ultrasəs və rentgen müayinələrindən keçiriblər.
Son olaraq mayın 4-də Şəkidə 866 nəfər pasiyent onkoloji tibbi müayinədən keçirilib. Beləliklə, 9 günlük profilaktik müayinə prosesində bölgənin ümumilikdə 3708 sakini sağlıq durumları haqqında ixtisaslı, dəqiq və operativ məlumatlar əldə ediblər.
Mayın 4-də Şəki Şəhər Mərkəzi Xəstəxanasında profilaktik müayinələr zamanı şiş xəstəliyinə şübhə aşkar edilmiş iki nəfər üzərində açıq cərrahiyyə əməliyyatı aparmaq qərara alınıb. Onkologiya Mərkəzi tərəfindən Şəki rayonundan olan iki sakinin qalxanvari vəz nahiyəsində uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib. Əməliyyat ağır və mürəkkəb şəraitdə keçirilsə də, onların həyati təhlükə mənbəyini aradan qaldırmaq mümkün olub. Hər iki xəstə özünü çox yaxşı hiss edir, sağlamlıqları ilə bağlı heç bir narahatlıq yoxdur.
Elə həmin gün Şəkidə Heydər Əliyev Mərkəzində skrininq proqramı çərçivəsində RİİB və MOM-un birgə təşkilatçılığı və dəstəyi ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açıb. Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev ölkəmizdə onkologiya sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb.
Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi həkimlərinin “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”, “Sinonazal və intrakranial yerləşmiş törəmələrə endonazal endoskopik yanaşma”, “Uşaqlıq boynu xərçənginə müasir yanaşma” , “Süd vəzi xərçəngi: epidemiologiya, risk faktorları, diaqnostikası”, “Azərbaycanda uşaq onkologiyasının inkişafı” və digər mövzularda çıxışları dinlənilib. Xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir innovativ yanaşmaları özündə əks etdirən çıxışlar böyük maraqla qarşılanıb.
Konfransda Şəki-Zaqatala bölgəsində, eləcə də qonşu Ucar, Göyçay, Ağdaş, İsmayıllı və Yevlax rayonlarında, o cümlədən Mingəçevir şəhərində çalışan onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrahlar iştirak ediblər.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə əhali arasında skrininq proqramlarının Azərbaycanın digər bölgələrində də reallaşdırılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55

