/ / Azərbaycanda təhlükəsizliyin qorunması istiqamətində aidiyyəti dövlət və hüquq-mühafizə orqanları çox səmərəli fəaliyyət göstərirlər
Azərbaycanda təhlükəsizliyin qorunması istiqamətində aidiyyəti dövlət və hüquq-mühafizə orqanları çox səmərəli fəaliyyət göstərirlər
14.05.2019 [09:26]
Bu gün müstəqil dövlətçiliyimizin qarantı olan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilən respublikamız hərtərəfli dinamik inkişafı ilə seçilir, dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınır.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyəti, eləcə də önəmli ictimai dəstək nəticəsində respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur. Bu baxımdan, həmçinin Azərbaycanın dünyada nüfuzunun artması və beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəmizə etibar edilir, böyük investisiya qoyulur, irimiqyaslı layihələr gerçəkləşdirilir.
Azərbaycan yüksək təhlükəsizlik sisteminə malik dövlət kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Bundan əvvəl ölkəmizdə keçirilən bütün irimiqyaslı beynəlxalq tədbirlərdə, o cümlədən nüfuzlu idman yarışlarında çoxsaylı xarici qonaqların iştirak etməsi, Azərbaycana böyük turist axınının olması, onların rahat şəraitdə ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olmaları üçün yaradılan hərtərəfli şərait və ən əsası bir daha ölkəmizə qayıtmaq istəkləri Azərbaycanda mövcud qonaqpərvərliyin və yüksək təhlükəsizliyin təminatının əyani göstəricisidir. Əlbəttə ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi və alternativi olmayan inkişaf və təhlükəsizlik siyasətinin parlaq nümunəsidir.
Azərbaycanda təhlükəsizliyin etibarlı təmin olunması üçün xarici dövlətlərin müvafiq strukturları ilə ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Hətta bu gün güclü təhlükəsizlik sisteminə malik ölkələrin tərəfdaş xüsusi xidmət orqanlarının təmsilçiləri də görüşlərdə etiraf edirlər ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə həsəd aparmaq olar.
Çox qürurvericidir ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın nəinki regionun, ümumilikdə dünyanın təhlükəsizlik sisteminin formalaşmasında da böyük rolu var.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

