/ / Fransanın Milli Tibbi Sığorta Fondu ilə reabilitasiya sahəsində əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib
Fransanın Milli Tibbi Sığorta Fondu ilə reabilitasiya sahəsində əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib
17.05.2019 [09:48]
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikasının Milli Tibbi Sığorta Fondunun (CNAM) prezidenti Viliam Qardey arasında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST Agentliyi) görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, V.Qardey DOST Agentliyi və ilk “DOST” mərkəzi ilə yaxından tanış olub. O, burada gördüklərindən məmnunluğunu ifadə edib. V.Qardey dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ şəkildə təqdim olunmaqla keyfiyyətinin yüksəldilməsinə xidmət edən belə bir agentliyin yaradılmasının uğurlu islahat tədbiri olduğunu bildirib.
S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətləri, ölkəmizin əmək, məşğuluq, sosial müdafiə sistemlərində aparılan islahatlar barədə məlumat verib. O, nazirliyin analitik və proqnozlaşdırma potensialının təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiya və pensiya sistemlərinin inkişafına dəstək məqsədilə icra olunan tvinninq layihələri çərçivəsində Fransanın müvafiq qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini deyib.
Nazir əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların tibbi-sosial reabilitasiyası sahəsində aparılan işləri, bu sahələrdə islahat gündəliyini diqqətə çatdırıb. Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya (o cümlədən, sosial reabilitasiya) xidmətlərinin təkmilləşdirilməsi sahəsində CNAM-la əməkdaşlığın inkişaf etdirilməsinin məqsədəuyğun ola biləcəyini qeyd edib.
V.Qardey Azərbaycana bu səfəri, ölkəmizdəki inkişaf, eyni zamanda, sosial sahədə aparılan islahatlarla bağlı xoş təəssüratlara malik olduğunu bildirib. O, rəhbəri olduğu qurumla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlaqələrin genişlənməsi üçün imkanların mövcud olduğunu, bu məsələnin CNAM-ın fəaliyyətində diqqətdə saxlanacağını qeyd edib.
Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

