/ / CASCFEN "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində ilk seminarı Şəkidə keçirib
CASCFEN "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində ilk seminarı Şəkidə keçirib
21.05.2019 [15:43]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda layihə çərçivəsində ilk seminar mayın 18-də Şəki şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib.
Seminarı giriş sözü ilə açan CASCFEN sədri, Əməkdar jurnalist Nadir İsmayılov deyib ki, layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir: "Beləliklə, ilk seminarımız bu gün Şəkidə baş tutur".
Çıxış edən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov bu layihənin günümüzün aktual mövzularından birinə həsr olunduğunu deyib. KİV-lə əlaqələrin qurulması və inkişaf etdirilməsinin bütün qurumlar, o cümlədən orta təhsil müəssisələri üçün də vacib olduğunu deyən idarə rəisi bu layihənin reallaşdırılmasının cəmiyyətimizə xeyirli olacağını bildirib.
Sonra söz ekspertlərə verilib. "Media ilə iş bacarıqları" mövzusunda hazırladığı geniş təqdimatla çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli geniş mühazirəsində media ilə işləməyin üsulları və qaydaları barədə təfərrüatı ilə məlumat verdikdən sonra bunun təhsil müəssisələrinə, xüsusilə, orta məktəblərə də şamil edildiyini bildirib.
"İnformasiya açıqlığının təmin edilməsi" mövzusunda təqdimatla çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə isə bildirib ki, faktların, hadisələrin təhrif edilməməsi, həqiqətin olduğu kimi təqdim olunması, şəffaflığın təminatı məqsədilə media ilə iş qurmaq, əməkdaşlıq etmək artıq günün tələbi sayılır.
Seminarda həmçinin Şəki şəhər 5 nömrəli tam orta məktəbin direktoru Filyar İbrahimova, Şəki Fizika-riyaziyyat humanitar təmayüllü liseyin müdir müavini Çingiz İsmayılov və başqaları çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, gələcəkdə də bu mövzuda seminarların davam etdirilməsini təklif ediblər.
Sonra tədbir iştirakçılarının sualları əhatəli şəkildə cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar, tədbirin keçirilməsində yaxından dəstək olanlara isə diplomlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

