Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20.05.2019 [17:06]
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüblər
Azərbaycanın müharibə veteranlarından və hərbi yönümlü qeyri-hökumət təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan səfər Samsun şəhərindən başlayıb. Qonaqlar əvvəlcə Mustafa Kamal Atatürkün 100 il əvvəl milli azadlıq mübarizəsini başlatmaq üçün Anadolu ərazisinə ayaq basdığı Samsun limanında keçirilən təntənəli mərasimdə iştirak edib, Cümhuriyyət meydanında keçirilən bayram tədbirlərinə qatılıblar.
Atatürkü anma, gənclik və idman bayramı tədbirində çıxış edən Samsun valisi Osman Kaymak Mustafa Kamal Atatürkün mayın 16-da İstanbuldan yola çıxaraq üç gün sonra Samsuna çatması ilə başlayan istiqlal mübarizəsinin başladığı günün - 19 mayın tarixi əhəmiyyətindən danışıb.
Bayram tədbirində Türkiyənin “Mehtəran” bölüyünün və müxtəlif qrupların təqdim etdiyi konsert proqramı böyük maraqla qarşılanıb.
Türkiyə Müharibə Veteranları Dərnəyinin rəhbəri Şükrü Tandoğan və İctimai Birliyin sədri Emin Həsənli çıxışlarında qardaş ölkələrimiz arasında əlaqələrimizin bütün sahələrdə sürətlə inkişaf edən əməkdaşlıqdan və əldə olunan uğurlardan söz açıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Samsunda verdiyi iftar süfrəsinə də qatılıb. İftar süfrəsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə səfər iştirakçıları arasında görüş olub.
Emin Həsənli Türkiyə Prezidentinə məlumat verib ki, qardaş ölkələrimizin dövlət qurumları arasındakı yüksək səviyyəli münasibətlər QHT-lər tərəfindən də uğurla inkişaf edir. Azərbaycan və Türkiyə müharibə veteranları arasında qarşılıqlı səfərlər uğurla davam etdirilir.
Nümayəndə heyətinin üzvləri ilə səmimi söhbət edən Rəcəb Tayyib Ərdoğana üzərində Azərbaycan və Türkiyə prezidentlərinin rəsmi olan xalça və digər hədiyyələr təqdim olunub.
Səfər çərçivəsində İstanbulda Türkiyənin müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

