/ / Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib
28.05.2019 [09:46]
Çin Xalq Respublikasının xüsusi statuslu inzibati ərazisi olan Honkonqun Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Komissiyası (ICAC) və Beynəlxalq Anti-Korrupsiya Qurumları Assosiasiyasının (IAACA) birgə təşkilatçılığı ilə “Korrupsiya qarşı mübarizə - yeni perspektivlər” mövzusunda VII beynəlxalq simpozium keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 50-dən artıq ölkədən 500-dən artıq nümayəndənin qatıldığı tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Səbuhi Alıyev və Baş İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi Fuad Rəsulov təmsil ediblər.
Simpoziumda korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslər və yanaşmalar, səmərəli qabaqlayıcı tədbirlər, şəffaflıq mühitinin formalaşdırılması və bu sahədə ictimai maarifləndirmə, hüquqpozmaların qarşısının alınması yolları, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası istiqamətində ən yaxşı təcrübələr müzakirə olunub.
Tədbir çərçivəsində Azərbaycan və ICAC nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.
Görüşdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə fəaliyyətinin hüquqi və institusional əsasları, reallaşdırılan sistemli tədbirlər, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş genişmiqyaslı islahatların həyata keçirilməsi barədə ətraflı məlumat verilib, qurumlar arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ölkəmizin nümayəndə heyəti, həmçinin ICAC tərəfindən təşkil edilmiş korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və cinayət-hüquqi, eləcə də maarifləndirmə tədbirləri istiqamətlərini əhatə edən təlimlərə qatılıb.
Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30

