İki qardaş ölkə arasında əməkdaşlıq təhsil sahəsində də uğurla davam edir
01.06.2019 [10:31]
Mahmut Ağırman: Mustafa Kamal Atatürkün “həyatda ən mühüm şey bilikdir” sözlərini əsas tutaraq Azərbaycanda fəaliyyətimizi daha da genişləndirməyə çalışırıq
“Bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında əməkdaşlıq bütün sahələri əhatə edir. Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. Tarixə müraciət etsək, bunu sübut edən yetərincə faktlara rast gələ bilərik. Elə 101 il öncə baş verənlər də dediklərimizi təsdiqləyir. Bildiyiniz kimi, Osmanlı dövləti Birinci Dünya müharibəsində məğlub olmuşdu. Amma ona rəğmən, 1918-ci ildə Qafqaz İslam Ordusu buraya gəldi və azərbaycanlı əsgərlərlə birlikdə Bakını işğaldan azad etdi. Yəni Türkiyə olaraq hər zaman və hər sahədə Azərbaycanın yanında olduğumuzu bilməyinizi istərdim”.
Bunu “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman deyib.
Ata vətənimiz Azərbaycanda fəaliyyət göstərməkdən çox xoşbəxtəm
2018-ci il mayın 1-dən təhsil müşaviri kimi Azərbaycanda fəaliyyət göstərən Mahmut Ağırman bildirib ki, iki qardaş ölkə arasında digər sahələr kimi, təhsil sahəsində də əməkdaşlıq uğurla davam edir: “Artıq 1 ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm. Burada olduğum üçün çox xoşbəxtəm. Çünki Azərbaycan iki dövlət, bir millət anlayışı içərisində qardaş ölkədir. Ata vətənimizdir. Bu bir il ərzində ata vətənimizdə heç bir problemlə qarşılaşmamışam. Mən suallarınıza cavab verməzdən öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə Allahdan rəhmət diləyir, bizi burda qəbul etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Ulu Öndər Mustafa Kamal Atatürk deyib ki, həyatda ən mühüm şey bilikdir. Bu sözləri əsas tutaraq Azərbaycanda fəaliyyətimizi daha da genişləndirməyə çalışırıq. Bu fəaliyyətlərimizin içində Bakı Türk Anadolu Liseyi də var. Burada 2100-dən artıq şagird təhsil alır ki, bunların da 650-si azərbaycanlı şagirdlərdir. Onların daha gözəl təhsil alması üçün çalışırıq. Yəni məqsədimiz bu balaca uşaqlara daha keyfiyyətli təhsil verərək onları gələcəyə hazırlamaqdır. Onu da deyim ki, bu liseydə işləyən müəllimlərin hamısı Türkiyədə xüsusi imtahan verərək, seçilərək görəvləndirilən güclü müəllimlərdir. Bu da buradakı təhsilin keyfiyyətinin yüksək olmasına dəlalət edir. Liseyin uğurları da Azərbaycanda hər kəsə məlumdur. Bizim məqsədimiz bu uğurları daha da artırmaqdır. “Türkiyə ilə Azərbaycan arasındakı təhsil körpüsünü necə qüvvətləndirə bilərik” deyə çalışırıq. Buna görə də bir daha deyirəm ki, ata vətənimiz Azərbaycanda fəaliyyət göstərməkdən çox xoşbəxtəm”.
Biz universitetlərimizi dəyərləndirərkən də “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanırıq
Müsahibimiz deyib ki, iki dövlət arasında təhsil sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: “Məlum olduğu kimi, AzərbaycanTəhsil Nazirliyi ilə Türkiyə Milli Eğitim Bakanlığı (Milli Təhsil Nazirliyi - N.A) arasında təhsil sahəsində əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində türkiyəli gənclərin Azərbaycan universitetlərində, azərbaycanlı tələbələrin isə Türkiyənin ali təhsil müəssisələrində təhsil alması istiqamətində müvafiq addımlar atılır. Hazırda 2500 türkiyəli gənc Azərbaycan universitetlərində təhsil alır. Onu da deyim ki, biz universitetlərimizi dəyərləndirərkən də “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanırıq, bu cür yanaşma ortaya qoyuruq ki, ümumilikdə 258 universitetimiz var. Yəni Türkiyədə 206, Azərbaycanda isə 52 universitet var. Bunların toplamda dəyərləndirməsini edərək bildiririk ki, qardaş ölkəmizlə birlikdə bizim ümumilikdə 258 universitetimiz var. Bu universitetlərimizdə daha müasir və keyfiyyətli təhsil vermək üçün nə lazımdırsa, onu da edirik. Hazırda Erasmus proqramlarından Mövlana proqramlarına qədər tələbə mübadiləsini həyata keçiririk”.
YTB tərəfindən azərbaycanlı gənclər üçün ayrılan burslu yerlərin sayı artırılacaq
İki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan danışarkən Türkiyənin burs proqramını xüsusi olaraq vurğulamaq yerinə düşər. Məlumat üçün bildirək ki, bu istiqamətdə ilk addım sovetlər dağılandan sonra, daha doğrusu, 1992-ci ildə atılıb. Həmin il Türkiyə Cümhuriyyəti vaxtı ilə keçmiş sovetlər birliyinin tərkibində olan Türk respublikaları, o cümlədən Azərbaycan üçün başladığı burs siyasəti ilə tələbələrin burslu, yəni Türkiyə Cümhuriyyətinin ayırdığı təqaüd hesabına oxumasını təmin edib. Həmin proqram çərçivəsində bu günə kimi minlərlə gənc Türkiyənin ali məktəblərində təhsil alıb və bu gün də alır. Onu da qeyd edək ki, məhz Mahmut bəyin əməyi, fəaliyyəti nəticəsində bu ildən etibarən Azərbaycan üçün burslu yerlərin sayı artırılıb. Bununla bağlı sualımıza cavabında M.Ağırman “Bəli, qardaşlıq belə olur. Sözdə deyil, reallıqda, işdə qardaşlıq. Mən bu məsələ ilə bağlı Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Eren bəylə danışıqlar apardım. Azərbaycanlı çox bilikli gənclərimizə ayrılan burslu yerlərin sayının artırılmasını xahiş etdim və təşəkkür edirəm ki, bu xahişimizi müsbət cavablandırdılar”, - deyib.
Türkiyə peşə təhsili sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır
Mahmut Ağırman müsahibəsində onu da deyib ki, Türkiyə təhsillə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: “Öncə onu deyim ki, Türkiyənin Milli Təhsil Nazirliyi dünya düzənində güclü bir nazirlikdir. 1 milyon 100 mindən artıq müəllimi, 20 milyon 600 min tələbəsi, 65 min qurum və quruluşu olan çox güclü bir təşkilat strukturuna sahibdir. 1919-cu ildən bu günə kimi təhsil sahəsindəki uğurlarımızı Azərbaycanla bölüşmək istəyirik. Məsələn, bizim e-okul modelimiz var. E-dövlət modelimiz var. Azərbaycanın da bu sahədə yetərli fəaliyyətləri var. Məlumat üçün bildirim ki, e-okul modelimizdə tələbə, yaxud şagird ilə əlaqəli bütün məlumatlar, sənədlər, hər şey var. Bir tələbənin, yaxud şagirdin bir yerdən başqa yerə köçürülməsi lazım olanda sənəd toplamağa ehtiyac olmur. Hesab edirik ki, Azərbaycandakı universitetlərlə Türkiyədəki YÖK arasında bir yazılım proqramını gerçəkləşdirə bilsək, burada tələbələr universitetlərdə qeydə alınaraq bizim YÖK sistemimizə daxil olduqları zaman avtomatik olaraq e-dövlət sisteminə də daxil olmuş olacaqlar”.
Ən önəmli məsələ isə peşə liseyləri, peşə təhsili sahəsində birgə addımların atılmasıdır: “Çünki biz uzun illərdir peşə təhsili sahəsində böyük bir məsafə qət etmişik. Bu sahədə təcrübəmizi azərbaycanlı qardaşlarımızla bölüşə bilərik və buna tam hazırıq. Onu da xüsusi olaraq vurğulamalıyam ki, Azərbaycanın təhsil naziri cənab Ceyhun Bayramov Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq istiqamətində mühüm addımlar atır. Biz də təhsil müşavirliyi olaraq körpü rolunu oynamaq istəyirik”.
Qloballaşan dünya ilə ayaqlaşan tələbələr yetişdirməliyik
Mahmut Ağırman qəzetimiz vasitəsilə hazırda övladlarının Türkiyə universitetlərində təhsil almasını istəyən azərbaycanlı valideynlərə müraciət etməyi də vacib bilib: “Biz azərbaycanlı gənclərin Türkiyəni seçməsindən məmnunuq. Amma düşünürük ki, bu zaman daha vacib və gələcək üçün önəmli olan ixtisaslar seçməlidirlər. Təbii ki, Azərbaycanda da güclü universitetlər var və könül istərdi ki, azərbaycanlı tələbələr öncə bu universitetləri seçsinlər. Amma kimsəyə Türkiyə universitetlərini niyə seçirsiniz deyə bilmərik. Sadəcə, arzumuz budur ki, Türkiyədə köklü universitetləri seçsinlər. Çünki qloballaşan dünya ilə ayaqlaşan tələbələr yetişdirməliyik və belə tələbələrin yetişməsi üçün daha güclü universitetlər seçilməlidir”.
Onun sözlərinə görə, valideynlər seçim zamanı diqqətli olmalıdırlar: “Biz burada bir qrup şirkətlər, yaxud hiyləgər adamlar tərəfindən aldadılan, pulları alınan valideynləri və gəncləri gördükdə üzülürük. Biz istəmirik belə olsun. Buna görə də bir daha sizin qəzetinizin yaratdığı imkandan istifadə edib azərbaycanlı valideynlərə müraciət edirəm ki, diqqətli olsunlar. Təhsil məsələsində birbaşa Türkiyədəki universitetlərin özləri ilə əlaqə qursunlar. Vasitəçilərə etibar etməsinlər. Bəzən valideynlər gəlib deyirlər ki, uşaqlarımızı aldatdılar. Ona görə də azərbaycanlı valideynlərə üzümü tutub deyirəm ki, təhsillə əlaqəsi olmayan hansısa şirkətlərə etibar etməyin”.
Türkiyə universitetləri üçün Azərbaycanda vahid imtahan keçirilməsi məqsədəuyğun olardı
Mahmut Ağırman təhsil sahəsində Azərbaycanla əməkdaşlığa önəm verilməsi istiqamətində daha bir addımın atıldığını da deyib. Belə ki, artıq Türkiyə universitetlərinə qəbul zamanı, sadəcə, YÖS imtahanları deyil, DİM-in də imtahan nəticələri keçərli olacaq.
Azərbaycanda Türkiyə universitetlərinə keçirilən qəbul imtahanlarına gəlincə, təhsil müşaviri bu məsələdə ortaya çıxan bəzi narahatlıqlara da toxunub: “2547 saylı Yüksək öyrətim qanununa əsasən 2011-ci ildən etibarən universitetlərimizə verilən tələbə qəbulu səlahiyyəti nə qədər mütərəqqi olsa da, bunun xarici ölkələrdə, məsələn, Azərbaycanda daha mərkəzi qaydada aparılmasının, hətta ildə 1-2 dəfə, bəlkə də, 3 dəfə mərkəzi imtahan keçirilməsinin daha doğru olduğunu düşünürəm. Bu cür düşünməyim isə heç də səbəbsiz deyil. Çünki bizə tez-tez bu cür müraciətlər olur ki, Azərbaycanda eyni gündə 2, yaxud 3 universitetin imtahan keçirməsi, bəzən hətta bu imtahanların eyni saata salınması azərbaycanlı gənclərimizi çətin duruma salır. Ona görə də bir daha deyirəm ki, belə imtahanların bir qədər mərkəzi qaydada keçirilməsi və rəsmi qurumlarda aparılmasının daha doğru olduğunu düşünürəm. Hesab edirəm ki, bu imtahanların daha gözəl, müsbət nəticələri ola bilməsi üçün mütləq Türkiyədəki universitetlərimizin xarici ölkələrdə təhsil müşavirlikləri və səfirliklərlə bir araya gəlməsi lazımdır. Eyni zamanda, bu məqamda səfirimiz cənab Erkan Özoral bəyə də minnətdarlığımı bildirirəm ki, təhsil sahəsində bizə lazım olan bütün dəstəyi verir”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

