Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilib
08.06.2019 [07:33]
Muxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və itkisiz çatdırılması da əsas məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 7-də Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək deyib ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır. Namiq Paşayev göstərilən qayğıya görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, qarşıya qoyulan vəzifələrin icrasında səylərini əsirgəməyəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Ötən əsrin 90-cı illərində muxtar respublikada elektrik enerjisinə olan tələbat idxal hesabına ödənilirdi. Lakin ötən dövrdə ölkəmizdə energetikanın inkişafı sahəsində həyata keçirilmiş tədbirlərin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da yeni su və günəş elektrik stansiyaları, modul elektrik stansiyası istifadəyə verilmiş, qaz-turbin elektrik stansiyası yenidən qurulmuşdur. İstehsal olunmuş elektrik enerjisinin istehlakçılara keyfiyyətli çatdırılması da diqqətdə saxlanılmış, yeni yarımstansiyalar tikilmişdir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada elektrik enerjisinə olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir”.
Ali Məclisin Sədri deyib: “Muxtar respublikada müasir elektrik avadanlıqlarından istifadə olunur. Həmin avadanlıqların uzunömürlü olması elektrik enerjisinin keyfiyyətli verilməsindən asılıdır. Bu da yarımstansiyaların müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Həyata keçirilən bu işlər bir tərəfdən əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin edirsə, digər tərəfdən isə enerji itkisinin qarşısını alır. Muxtar respublikada energetika sahəsində görülən işlər, qurulan müasir yarımstansiyalar daxili imkanlar - ödənilmiş enerji haqları hesabına həyata keçirilir. Ona görə də elektrik enerjisi haqları bundan sonra da tam yığılmalı, enerjidən qənaətlə istifadə olunmalıdır. Bu gün istifadəyə verilən yarımstansiya Babək rayonunun elektrik istifadəçilərinin 20 faizinə xidmət göstərəcəkdir. Yarımstansiya üzrə tələbat yay aylarında 1,8, qış aylarında isə 1,2 meqavatdır. Quraşdırılan müasir avadanlıqlar imkan verəcəkdir ki, yarımstansiya uzun illər istehlakçılara keyfiyyətli xidmət göstərsin. Bu isə energetika sahəsində qazanılan nailiyyətdir. Qarşıda duran əsas vəzifə də əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən, qurulanları qorumaqdan və onlardan səmərəli istifadə etməkdən ibarətdir”.
Ali Məclisin Sədri inzibati binanın tikilməsində və yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür edib, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub. Bildirilib ki, 35/10 kilovoltluq yarımstansiyanın idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlar, əməliyyat briqadası üçün otaqlar və bufet birinci mərtəbədə, iş otaqları və iclas zalı isə ikinci mərtəbədə yerləşir.
Yenidənqurma işləri aparılarkən yarımstansiyanı qidalandıran 35 kilovoltluq və yarımstansiyadan qidalanan 10 kilovoltluq elektrik verilişi xətlərinin yeri dəyişdirilib, bu məqsədlə 1,2 kilometr uzunluğunda 35 kilovoltluq, 1,8 kilometr uzunluğunda 10 kilovoltluq yeni xətlər çəkilib. 8 meqavoltamper gücündəki yarımstansiyada hər biri 4 meqavoltamper gücündə 2 ədəd 35/10 kilovoltluq güc transformatorları, rele mühafizəsi və avtomatik qurğular ilə təchiz edilmiş kommutasiya aparatları quraşdırılıb. Həmçinin avadanlıqların normal iş prosesinə məsafədən nəzarətin həyata keçirilməsi üçün yarımstansiya optik kabellər və lazımi nəzarət qurğuları ilə təchiz edilib.
Həyətdə də abadlıq işləri aparılıb, 2 anbar binası tikilib, yaşıllıq salınıb.
Məlumat verilib ki, muxtar respublikada yüksək gərginlikli elektrik xətlərinə xidmət göstərmək üçün Dövlət Energetika Xidmətinə yeni “Mercedes-benz” markalı xidməti avtomobil alınıb.
Ali Məclisin Sədri istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, elektrik enerjisindən qənaətlə istifadə olunması və maarifləndirmə işlərinin görülməsi barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07

