Qaradağda 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
26.06.2019 [11:34]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Ordusunun yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin Ordumuzun formalaşmasında və gücləndirilməsindəki xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan Ordusu ötən 101 il müddətində keşməkeşli və şərəfli yol keçib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra parlamentin və hökumətin ən çox diqqət yetirdiyi məsələlərdən biri milli ordu quruculuğu olub. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən milli ordu quruculuğu sahəsində qanunvericilik bazası yaradılıb: “Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanıb. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət alıb. Müdrik rəhbərin cəsarətli addımları sayəsində Bakıda 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Təsadüfi deyildir ki, C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycanın müstəqilliyinin bərpasından sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilib”.
Qeyd olunub ki, 1993-cü ilin iyununda Ulu Öndərin ölkəmizdə rəhbərliyə qayıdışından sonra ordu quruculuğu sahəsində irimiqyaslı islahatlara start verilib, Azərbaycan Respublikasının nizami, hərtərəfli təchiz olunmuş, peşəkar kadrlardan ibarət silahlı qüvvələri formalaşdırılıb. Aydın Hüseynov deyib ki, hazırda Ulu Öndərin müdrik siyasətinin alternativsiz davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev həmin islahatları daha da genişləndirib və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir.
Tədbirdə çıxış edən digər natiqlər də Ordumuzun keçdiyi inkişaf yolundan, Silahlı Qüvvələrin potensialının və gücünün artırılması istiqamətində görülən tədbirlərin uğurlu nəticələrindən danışıblar.
Sonra hərbi xidmətdə fərqlənən bəzi hərbi quluqçular diplom və fəxri fərmanlarla təltif edilib, onlara hədiyyələr verilib.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

