Kaspi Təhsil Şirkəti ötən tədris ilindəki fəaliyyəti ilə bağlı ictimaiyyətə hesabat verdi
07.09.2019 [09:53]
Artıq 12 ildir amalı mükəmməl milli təhsil olan və keyfiyyətli tədrisi ilə fərqlənən Kaspi Təhsil Şirkəti media nümayəndələri ilə görüşüb. Şirkətin ötən tədris ilindəki uğurlu fəaliyyəti mediaya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, hesabat tədbiri Kaspi liseylərinin və Kaspi abituriyent kurslarının nəticələrinin təqdimatı üzrə iki mərhələdə keçirilib.
Tədbiri açıq elan edən Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev ötən il təhsil sistemində və imtahan qaydalarında dəyişikliklər haqqında danışıb. Qeyd edib ki, yeni imtahan sistemi şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarının da bir neçə aspektdən yoxlanılmasına şərait yaradıb. Kaspi Təhsil Şirkəti də bu dəyişiklikləri müsbət qarşılayaraq şagirdlərin yeni qaydalara adaptasiyasına kömək göstərib.
Elnur Əliyev çıxışında 2019/2020-ci tədris ilindən etibarən Kaspi liseyinin ingilis bölməsinin açılmasından, Bakının Nərimanov rayonunda yeni açılmış Kaspi uşaq bağçasının Gənclik filialından, Sumqayıtdakı Kaspi uşaq bağçasının nəzdində yeni istifadəyə verilmiş Kaspi Kids kurslarından, həmçinin Balakəndə, Bakının Mərdəkan qəsəbəsində yeni fəaliyyətə başlayacaq Kaspi abituriyent nümayəndəliklərindən və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərdən danışıb.
Tədbirdə çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Ümummilli Lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan S.Vəliyeva dövlətimizin başçısının bu sahənin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.
Kaspi Təhsil Şirkətinin təsisçisi təhsil sahəsində uğurlu addımlar atıldığını, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, təhsil ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndiyini, səmərəli layihələrin həyata keçirildiyini deyib.
Şirkətin fəaliyyəti barədə məlumat verən S.Vəliyeva abituriyent kurslarının əvvəlki illərdə uğurunu bu il də təkrarladığını qeyd edib. O, Prezident təqaüdünə layiq görülən Əsmər Hacızadə, Məzahir Məmmədov və Vüqar Rufullanın nəticələrini xüsusilə qeyd edib. 35 abituriyentin 600-dən yuxarı nəticə göstərdiyini və Əsmər Hacızadənin 690.5 bal toplayaraq I qrup üzrə respublika birincisi olduğunu, ümumilikdə Kaspi abituriyent kurslarının bu il qəbul imtahanlarında göstərdiyi nəticənin 98 faiz olduğunu vurğulayıb.
Sona Vəliyeva qeyd edib ki, ötən il Kaspi Liseyinin məzunları əvvəlki illərin uğurunu təkrarlayaraq, qəbul imtahanlarında bu il də 100 faiz nəticə göstəriblər. 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanının yekunlarına əsasən, Kaspi Liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib, son 2 tədris ilində isə buraxılış imtahanlarının nəticələrinə görə lisey Respublika üzrə 1-ci yeri tutub. Tədris ocağının məzunlardan 12-si nüfuzlu xarici universitetlərə qəbul olunub, builki məzunlardan Nigar Alıyeva liseyi qızıl medalla bitirib, respublika fənn olimpiadasında gümüş medal qazanıb, qəbul imtahanında isə 600-dən yuxarı bal toplayaraq BDU-nun hüquq fakültəsinin ingilis bölməsinə qəbul olunub.
Bildirilib ki, Kaspi Liseyi, həmçinin 2018-2019-cu tədris ilində layihə olimpiadalarında ümumi 38 olmaqla, 6 qızıl, 9 gümüş, 23 bürünc medal qazanıb və bununla da 2015-ci ildən etibarən liseyin hesabındakı medal sayı 83-ə çatıb.
Çıxışının sonunda Sona Vəliyeva Kaspi abituriyent kurslarında, Kaspi liseylərinin 2018/2019-cu tədris ilində ali məktəblərə qəbul olunmuş bütün məzunlarını, onların valideynlərini və Kaspinin müəllim heyətini təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə builki qəbul imtahanlarında yüksək nəticə göstərmiş Kaspi Liseyinin və Kaspi abituriyent kurslarının məzunları, onların valideynləri, müəllimlər və təhsil aldıqları Kaspi müəssisələrinin rəhbərləri çıxış ediblər.
Çıxışlarda Kaspi Təhsil Şirkətindəki tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, onlara göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub, sistemli və uğurlu fəaliyyətə görə Kaspi ailəsinə təşəkkür edilib.
Tədbir qəbul imtahanlarında uğur qazanmış Kaspi məzunlarının və müəllimlərinin mükafatlandırılması ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59

