/ / Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb
17.10.2019 [10:04]
Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrlə görüşüb. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov keçirilən görüşü universitetin həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Eyni zamanda, rektor Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maarifləndirmə istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilk olaraq ölkəmizin müstəqillik tarixi haqqında geniş məlumat verib. Komitə sədri qeyd edib ki, ölkəmizin müstəqilliyinin bərpası xalqımız üçün böyük dəyərdir: “Tariximizlə qürur duymağa haqqımız var. Azərbaycan xalqı hər zaman öz mənəvi dəyərlərini qoruyub saxlamağı bacarıb”, - deyə o əlavə edib.
Respublikamızda mövcud olan dövlət-din münasibətləri haqqında da geniş məlumat verən DQİDK sədri vurğulayıb ki, bu sahədə Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu nümunəvi siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Mübariz Qurbanlı onu da deyib ki, Azərbaycan dünyəvi, demokratik, hüquqi dövlətdir. Dünyəvilik Konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə təşkil olunub.
Eyni zamanda, Komitə sədri Azərbaycanda ölkə əhalisinin 96 faizinin mənsub olduğu İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinin də qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Vurğulayıb ki, respublikamızda 35 qeyri-islam dini icması rəsmi qeydiyyatdan keçib.
Xurafatın təsirinə düşməməsi üçün gənclərin dini bilgiləri doğru mənbələrdən əldə etməsinin vacibliyinə toxunan Mübariz Qurbanlı bu istiqamətdə tələbələrə tövsiyələrini verərək onların yad dini ideologiyaların təsirindən qorunması üçün mili-mənəvi dəyərlərə bağlı olmalarının önəmini vurğulayıb.
Sonda Komitə sədri Mübariz Qurbanlı tələbələrin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

