Cəfər Cabbarlının 120 illik yubileyi AzTU-da qeyd olunub
02.11.2019 [09:53]
Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) görkəmli yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ədibin yubileyi ilə bağlı imzaladığı 17 dekabr 2018-ci il tarixli Sərəncama uyğun olaraq keçirilən təntənəli mərasimi giriş sözü ilə açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev görkəmli sənətkarın zəngin yaradıcılığından söz açıb və Texniki Universitetin ədəbi mövzulara diqqətinin önəmini vurğulayıb. Professor V.Vəliyev C.Cabbarlı yaradıcılığının əsas mövzuları olan vətənpərvərlik, qəhrəmanlıq və əbədi sevginin bu gün də gənc nəslin formalaşmasında böyük rolu olduğunu qeyd edib.
Cəfər Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçısı, professor Tahirə Məmməd isə çıxışında böyük sənətkarın həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı maraqlı, az bilinən faktları iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin C.Cabbarlının heykəlinin ucaldılması prosesi ilə bağlı tarixi açıqlaması və fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.
Yubiley tədbiri tələbələrin ifasında şeir və mahnıların səsləndirilməsi ilə davam edib. Tələbələr həmçinin “Oqtay Eloğlu” əsərindən bir parçanı təqdim edib, gənc Cəfərin Nuru Paşa ilə görüş səhnəsini canlandırıblar.
Respublikanın Əməkdar artisti Fehruz Səxavətin ifasında “Azad bir quşdum”, AzTV-nin solisti Nicat Cəfərzadənin ifasında “Tellər oynadı” və tanınmış müğənni Vüsal Hacıyevin ifasında “Gərək Günəş dağları aşıb sönməyəydi” mahnıları alqışlarla qarşılanıb.
Gənc müğənnilər Aydan və Fidan Süleymanzadələrin ifasında sözləri və musiqisi C.Cabbarlıya aid olan “Zalım yar” mahnısı maraqla dinlənilib.
Dahi ədibin nəvəsi, C.Cabbarlı Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı yubiley tədbirinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq başda rektor Vilayət Vəliyev olmaqla AzTU-nun kollektivinə öz minnətdarlığını bildirib.
Yubiley tədbiri AzTU tələbəsinin ifasında “Çırpınırdı Qara dəniz...” mahnısının sədaları altında yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

