Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün Koordinasiya Şurası yaradılacaq
29.11.2019 [09:34]
Noyabrın 25-28-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyətinin Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko, MDB Ölkələri, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Eleonora Mitrofanova, Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin rəisi Vladimir Çernov, Rusiya Prezidentinin Daxili Siyasət İdarəsinin rəis müavini Mixail Belousov, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşləri keçirilib. Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun da iştirak etdiyi görüşlərdə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfərin əsas məqsədlərindən biri Moskva şəhərində yaşayan soydaşlarımızla, rəsmi qeydiyyatdan keçmiş və qeydiyyata alınmamış, ətrafında müxtəlif sayda azərbaycanlıları birləşdirən təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi olub.
Moskva azərbaycanlıları ilə görüşdə çıxış edən səfir Polad Bülbüloğlu Dövlət Komitəsinin sədri Fuad Muradovun səfərinin mahiyyəti və məqsədi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Fuad Muradov rəhbərlik etdiyi Komitənin son il yarım ərzində fəaliyyətindən danışıb, ölkəmizdə aparılan islahatların diaspor sahəsində də həyata keçirildiyini vurğulayıb. O, son dövrlərdə görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən Komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə məlumat verib.
Sonra Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib. Burada soydaşlarımızın çoxsaylı sualları cavablandırılıb, onların diaspor işi ilə bağlı təklifləri qeydə alınıb. Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub.
Görüş çərçivəsində diaspor fəalları Ramiz Abutalıbov, Rauf Ataməlibəyov və Adil Hacinski “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif ediliblər.
Belə görüşlərin Rusiyanın digər regionlarında da keçiriləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

