Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gürcüstanda olan Azərbaycan vətəndaşlarının növbəti təxliyəsi həyata keçirilib

Gürcüstanda olan Azərbaycan vətəndaşlarının növbəti təxliyəsi həyata keçirilib

23.07.2020 [09:31]

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkə vətəndaşlarının Gürcüstandan növbəti təxliyəsini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, Gürcüstandan təxliyə olunan şəxslər Tbilisidə koronavirusla bağlı test olunublar.
Onlara COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib. İyulun 22-də 175 nəfər səfirliyin qarşısından xüsusi avtomobillərlə “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yola salınıb.
Azərbaycan səfirliyinin məsul əməkdaşları vətəndaşların növbəli şəkildə sərhədi keçmələrini təmin edib.
Vətəndaşların bəziləri şəxsi avtomobillərində Azərbaycan ərazisinə daxil olub.
Ölkə ərazisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək. Sonra onlar 14 gün ərzində karantin rejimində olacaqlar.
Qeyd edək ki, Azərbaycan səfirliyi bundan əvvəl də 300-dən çox vətəndaşımızın Gürcüstandan Vətənə qayıtmasını təmin edib.

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31