Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda pandemiya şəraitində məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində fəal siyasət həyata keçirilir

Azərbaycanda pandemiya şəraitində məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində fəal siyasət həyata keçirilir

06.08.2020 [09:21]

Ölkəmizdə pandemiya dövründə reallaşdırılan sosial dəstək xarakterli tədbirlər təxminən 5 milyona yaxın vətəndaşı əhatə edir
Sosial dövlət olan Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Biz son17 ildə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin ən çətin anlarda - zəlzələlər, daşqınlar, yanğınlar zamanı ölkə vətəndaşlarının yanında olduğunun şahidi olmuşuq. Respublikamızda bu ənənə bir sıra çətinliklərlə müşayiət olunan pandemiya şəraitində də davam etdirilir. Belə ki, Azərbaycan dövləti pandemiya dövründə insanların həyat və sağlamlığının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi ilə bağlı böyük maliyyə tutumuna malik qərarlar qəbul edərək yenə də öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. İndiki şəraitdə həssas qruplardan olan, eləcə də pandemiyanın təsirlərinə məruz qalan sahələrdə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn genişmiqyaslı dəstək tədbirləri diqqəti xüsusi olaraq cəlb edir.
İş yerlərinin və əməkhaqlarının qorunması diqqət mərkəzində saxlanılır
Pandemiya şəraitində iş yerlərinin və əməkhaqlarının qorunması böyük aktuallıq daşıyır. Ölkəmizdə pandemiya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi məhz bu məqsədlərə hesablanıb. Belə ki, respublikamızda məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb.17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə, Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır. Ölkəmizdə pandemiya ilə əlaqədar görülən sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir.
Ölkəmizdə dövlət sektorunda çalışan 910 min işçinin karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilir. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Ölkə üzrə pandemiyadan zərər çəkən sahələrdə çalışan 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilib və təqribən 300 min fərdi sahibkara dəstək göstərilib.
Nəzarət tədbirlərinin gücləndirilməsi də diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Prezident İlham Əliyevun tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi monitorinqlər aparılır, işçilərin işə davamiyyəti, xüsusilə işçilərin əməkhaqqı kartlarının özlərində olub-olmaması yoxlanılır. Vurğulamaq yerinə düşər ki, şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb. Şəffaflığın təmin edilməsinin nəticəsidir ki, əmək müqaviləsi sayında azalma deyil, əksinə artım baş verib - 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayı 110 minədək, yəni 17 faiz artıb. Beləliklə, özəl sektorda əmək müqaviləsi ilə işləyən insanların sayı 751,3 minə çatıb. Eyni zamanda, əmək müqavilələrinin sayının artması nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım baş verib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur.
Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirləri gücləndirilib
Azərbaycanda pandemiya şəraitində xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi təqdirəlayiq haldır. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığını təmin etməyə yönəldilib. Qeyd edək ki, bu ödənişləri (pensiya, müavinət təqaüd, kompensasiya, ünvanlı sosial yardım) 2,3 milyon şəxs alır. Hazırda ölkə üzrə 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi yüksək vətəndaş məmnunluğu yaradır. Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin davam etdirilməsi nəzərdə tutulub. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və Prezident İlham Əliyev iyulun 14-də həmin qanunu - “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən tətbiq edilən yeniliklərproqramın daha da genişlənməsini şərtləndirəcək.
Bundan başqa, 100 minədək aztəminatlı ailə (400 min ailə üzvü) ərzaq yardımı ilə təmin edilib. İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir. 2020-ci ildə bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.
Ölkəmizdə pandemiya dövründə birdəfəlik ödəmə proqramının icrası da yüksək səviyyədə təmin edilir. Azərbaycan Prezidentinin göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min nəfərə çatdırılıb. Həmin şəxslərə aprel-may aylarında ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmə verilib. Bu məqsədlə 229 milyon manat sərf olunub. Əlavə olaraq sonralar sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 minə yaxın şəxs 190 manat ödənişlə təmin edilib, bu məqsədlə 55 milyon manat vəsait sərf olunub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31