ÖMRÜN ALTMIŞINCI BAHARI
11.08.2020 [09:29]
O adam xoşbəxtdir ki, qəlbini və zəkasını, əməlləri ilə zəngin mənalı ömrünü xalqının mənəvi inkişafına, hərtərəfli tərəqqisinə həsr edə bilir. Ömrünü, sənətini və məsləkini böyük vətəndaşlıq ideallarının həyata keçirilməsinə həsr edən görkəmli ziyalılarımızdan biri də ana təbiətin özü kimi təbii, səmimi və bütöv şəxsiyyət Mahirə Nağıqızıdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, publisist, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova cəmiyyətimizdə özünəməxsus yeri və dəsti-xətti olan fundamental elmi araşdırmaları və elmimizə verdiyi töhfələri ilə yanaşı, həm də kamil publisist və bacaraqlı təşkilatçı kimi geniş fəaliyyət dairəsinə malik ardıcıl və aramsız faydalı əməli fəaliyyəti ilə seçilən əsl vətənpərvər ziyalılarımızdandır. Onun elm sahəsindəki araşdırmaları xüsusən də Qərbi Azərbaycanın Dərələyəz mahalının onomastik vahidlərinin müxtəlif növləri ilə bağlı fundamental tədqiqat əsərləri əsl alim, vətəndaşlıq təəssübkeşliyinin və mövqeyinin bariz nümunəsidir. Demək olar ki, bu yöndəki fundamental, sistemli və silsilə araşdırmalar həm də Mahirə xanımın yaradıcılığının şah damarını təşkil edir.
Mahirə xanım da ədəbi-nəzəri fikir yaradıcılığı istiqamətində də istedadını sınamaqla yanaşı, həm də ədəbi prosesdəki mövzu dairəsinin genişliyini və müxtəlifliyini təyin edərək təsdiq etmişdir. Sənətkarların əksəriyyəti elmi və bədii yaradıcılığını vəhdət şəklində davam etdirərək, ümumi fəaliyyətlərinin tərkib hissəsinə çevirirlər. Sözsüz ki, bu elmi vəhdət bir tərəfdən sənətkarların ərsəyə gətirdikləri əsərlərin yeni müdəalarla zənginləşməsinə, sanbalına, digər tərəfdən isə onların yaradıcılığının inkişafına kömək edir. Mahirə xanım yazıb yaratdığı bu uzun illər ərzində ədəbiyyatşünaslığa öz önəmli töhfələrini verməklə yanaşı, həm də bu sahədəki ənənələrin müasir milli ruhda boy verməsi üçün öz bədii yaradıcılığının zəngin təcrübəsindən və imkanlarından geniş istifadə etməyə nail olmuşdur. Bu bir tərəfdən onun ədəbi görüşlərinə yeni ovqat qatmaqla müsbət təsir edirsə, digər tərəfdən isə təravətlilik, əlvanlıq və yenilik əlavə edir. Mahirə xanımı bir alim kimi səciyyələndirən ən parlaq cəhətlərdən biri də ondadır ki, o, həm elmi, həm də ədəbi-bədii yaradıcılığı, eyni vətəndaş təəssübkeşliyi, mövqeyi, qüruru və amalı ilə eyni səviyyədə, eyni ardıcıllıqla davam etdirir. Hər iki sahə Mahirə xanımın elmi və ədəbi fəaliyyətində paralel, müstəqil yaradıcılıq sahələri kimi uğurla davam etdirilir. Mahirə xanımın əsərlərində elmiliklə yanaşı ədəbi prosesləri və hadisələri dürüst, dəqiq qiymətləndirmək, ədəbi-ictimai faktları əhatəli şəkildə saf-çürük etmək, bütün bunlar birlikdə onun istər elmi, istərsə də ədəbi yaradıcılığının sağlam ideya istiqamətində irəliləməsini təmin etməklə yanaşı həm də təsdiq edir.
Mahirə Hüseynova yüksək idealları, könül telləri ilə vətəninə, xalqına bağlı olan onun keçmişi və gələcəyi ilə yaşayan ziyalılarımızdandır. Bu tükənməz xalq məhəbbətini, vətən sevgisini xalqımızın qeyrətli ziyalısının bütün varlığında, elmi, bədii yaradıcılığında, ictimai fəaliyyətində də görmək mümkündür. Mahirə Nağı qızının əsərlərinə bu pak, səmimi, təbii duyğunun nüfuz etməsi, sözsüz ki, onun xalqına olan dərin məhəbbətindən irəli gəlir. Bu məhəbbətin əyani ifadəsi onun bu bu səpkidə yazdığı “Vətən”, “Şəhid nəğmələri”, “20 yanvar qatarı”, “Son döyüşə hazır ol” və s. kimi əsərlərində daha dolğun şəkildə təzahür edir. Bu məhəbbətin ecazkar mənasını onun “Al bayrağım” adlı şeirində daha qabarıq şəkildə duymaq mümkündür.
Xalqımızın gəldiyi
yolun sinə dəftərin,
Göyərən arzuları,
al bayrağım dalğalan!
Yüksəlişin - əlacı
sağalmamış dərdlərin,
O dərdləri yadına sal,
bayrağım, dalğalan!
Qəlbimizdə oxunan
türkülərlə yarandın,
Altaylardan salınan
körpülərlə yarandın.
Sabahlara aparan
ümidlərlə yarandın,
Al bizləri, qoynuna al,
bayrağım, dalğanan!
Mahirə Hüseynovanın elmi yaradıcılığına məxsus mövzu müxtəlifliyi və zənginliyi eyni ilə onun bədii yaradıclığı üçün də səciyyəvidir. Görkəmli alimin ədəbi yaradıcılığına nəzər saldıqda ədəbiyyatın müxtəlif janrları istər mövzuların tarixiliyi, istərsə də rəngarənglyi yüksək peşəkarlıqla onun təhlil hədəfinə çevrildiyi məlum olur və ədəbi zövq mənbəyi kimi yüksək təsir bağışlayır. Filologiya elmləri doktoru, professor Qara Məşədiyev yazır: “Mahirə Nağı qızının şeirləri, yaradıcılıq dünyası, mövzu məkanı olduqca geniş və bəsit, primitiv mövzulardan çox-çox uzaqdır. Şairənin poetik sözünün ünvanı həmişə müqəddəslərdir - Ana, Vətən, Allah, din, ziyalı v. s.”.
M.Hüseynovanın ədəbi prosesdəki bu cəhətləri, ədəbi fikir tariximizdə onun ədəbi şəxsiyyəti ilə yanaşı bədii sənətkarlığı haqqında da aydın və dolğun təsəvvür oyadır.
Professor M.Hüseynovanın elmi, ədəbi-bədii yaradıcılığı zəngin və çoxcəhətlidir. Onun ədəbi prosesdə fəal və intensiv iştirakını qabarıq şəkildə ifadə edən publisistlik fəaliyyəti milli ədəbiyyatşünaslığımızda dərin iz qoyub. Onun son dövrlərdə publisistlik fəaliyyətinin və araşdırmalarının bəhrəsi olan “Çün, Nəsimidir bu gün əyami eşqin sərvəri”, “Tənqidin poetikasının dərin qatlarının tədqiqi”, “Epos poetikasına dair fundamental monoqrafiya”, “Kür qədər doğma yazıçı”, “İrəvanda milli maarifçilik mühiti” kitabı haqqında alim sözü, “Poeziya aləmində böyük itki”, “Şəxsiyyət və zaman” və s. bu kimi onlarla əsərləri milli ədəbiyyatşünaslığımızın səhifələrini sənginləşdirməklə yanaşı, ədəbi-ictimai fikir tariximizin inkişafında da mühüm rol oynayır.
M.Hüseynovanın istər elmi, istərsə də publisistlik fəaliyyətində tarixiliklə müasirliyin ən aktual mövzularını əhatə edən dərin nəzəri təhlilləri, dürüst qiymətləri, sanbalı və ədəbi prosesə təsiri ilə seçilən əsərləri geniş oxucu kütləsi tərəfindən hər zaman hədsiz rəğbətlə qarşılanır.
O, fədakar və məhsuldar alimdir. Yazıb yaratdığı bu illər ərzində onun 58 elmi-bədii kitabı, xaricdə və ölkəmizdə müxtəlif toplularda, məcmuələrdə 300-ə qədər elmi-publisistik məqaləsi nəşr edilmiş, 150-dən artıq kitabın, proqramın elmi redaktoru olmuş, ön söz yazmış, rəy vermişdir. Dilçiliyin və ədəbiyyatşünaslığın müxtəlif sahələri ilə bağlı ölkədə və xaricdə keçirilən 40-dan artıq konfrans və seminarlarda iştirak və çıxış etmişdir. Bu günə qədər müxtəlif dillərdə 70-dən artıq müsahibə vermişdir. Özü və əsərləri haqqında 120-dən artıq resenziya və yazılar dərc edilmişdir. Bunlarla yanaşı o, həm də “Filoloq” qəzetinin və “Linqvistika” elmi jurnalının təsisçisi və baş redaktoru kimi fəaliyyətini uğurla davam etdirir. Bütün bunlar M.Hüseynovanın kəmiyyət göstərilənlərinə görə də ədəbi fikrimizin coğrafiyasında arealının intəhasız olduğunu bir daha təsdiq edir.
Otuz ildən artıqdır ki, qələmi, sənəti, fəaliyyəti ilə vətənə, xalqa xidmət edən bu görkəmli alimin yaxın vaxtlarda altmış yaşı tamam olur. Bu yolda o, heç zaman yorulmamış, əksinə, böyük zövqlə, yeni müdriklik təfəkkürü ilə yazıb yaradır. Onun yazıb yaratdıqları M.Hüseynovanın elmi və ədəbi bioqrafiyasında “ikinci gəncliyi”nin başlanmasından xəbər verir. İnanırıq ki, Mahirə xanım ömrünün və həyatının “ikinci gənclik” mərhələsində dünyaya daha yüksək zirvədən boylanıb, özünün yeni əbədi zirvəsini fəth edəcəkdir...
Ömrünün yollarında, poetik təfəkküründə və poeziyasında hər zaman baharı axtaran altmış yaşlı şairə, alim Mahirə Hüseynovanın ömründən, günündən, yaradıcılığından, heç zaman bahar təravəti, bahar ətri əskik olmasın.
Bu gün Tanrının verdiyi bu ömür payının altmışıncı ilinin hər anını, hər saatını, hər ayını, ilini, gününü bir ziyalı, bir vətəndaş qeyrəti, ləyaqəti və məsuliyyəti ilə yaşayan Mahirə xanıma növbəti zirvələrə gedən yollarında da uğurlar arzulayıram və fikirlərimi bundan sonra da yaşayacağınız ömür və yaradıcılıq yolunuz üçün epiqraf ola biləcək bir şeirinizlə bitirmək istəyirəm.
Hələ qabaqdadır ömür yolları,
Yeri, ayaqlarım, nə dayanırsan?
Başa vurmamışıq sənlə ilqarı,
Yeri, ayaqlarım, nə dayanmısan?
Cəlal Allahverdiyev
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

