“Miqrasiya Könüllüsü” İctimai Birliyinin idarə heyətinin yeni tərkibi təqdim olunub
21.08.2020 [09:04]
Dövlət Miqrasiya Xidmətinin (DMX) nəzdində fəaliyyət göstərən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin idarə heyətinin yeni tərkibinin təqdimatı keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, təqdimatda İctimai Birliyin sabiq sədri Emil Gülmuradov çıxış edərək yarandığı gündən görülmüş işlərdən, həyata keçirilmiş uğurlu layihələrdən danışıb.
Sonra E.Gülmuradov İctimai Birlikdə 2020-ci il iyulun 1-də keçirilən ümumi yığıncaqdakı seçkilərin nəticələrinə əsasən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni icra orqanı olan idarə heyətini, yeni sədri, sədr müavinini və baş katibini kollektivə təqdim edib. Diqqətə çatdırılıb ki, İctimai Birliyin yeni sədri Aydan Haşımova bundan əvvəl “Miqrasiya Könüllüsü” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri olaraq fəaliyyət göstərib. Sədr müavini Fərid Quluzadə indiyədək Birliyin üzvlərlə iş və təşkilati məsələlər departamentinin rəhbəri, baş katib Orxan Abdullazadə isə beynəlxalq əlaqələr departamentinin əməkdaşı olub.
DMX-nin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, könüllülərlə iş üzrə əlaqələndiricisi Elnur Kələntərov “Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni idarə heyətini təbrik edib, yarandığı bir il ərzində İctimai Birlik tərəfindən görülən işləri yüksək qiymətləndirib. O, könüllülərə növbəti illərdə daha böyük uğurlara nail olmağı arzulayıb. Bir vaxtlar sıravi könüllü kimi miqrasiya könüllüləri hərəkatına qoşulan gənclərin inkişaf edərək hazırda İctimai Birliyin idarə heyəti və rəhbər vəzifələrində təmsil olunmaqlarını digər könüllülər üçün həm də stimul kimi dəyərləndirib.
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımova təşkilatın pandemiya dövründəki fəaliyyəti və gələcəkdə görüləcək işlər barədə məlumat verib.
Qeyd edək ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyi 2019-cu il iyunun 28-də təsis olunub. Hazırda İctimai Birlik gənclər sektoruna böyük töhfə verən yeni və aparıcı təşkilatlardan biridir. Birliyin əsas missiyası könüllülərin şəxsi inkişafına, cəmiyyətə inteqrasiyasına və maariflənməsinə təkan vermək, eyni zamanda, onlara vətənpərvərlik və kollektiv ruh hisslərini aşılamaqdır.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33

