Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin oktyabrın 1-dək uzadılması düzgün qərardır

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin oktyabrın 1-dək uzadılması düzgün qərardır

21.08.2020 [09:20]

Ekspertlər hesab edirlər ki, bu qərar COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti vacib addımdır
Xəbər verildiyi kimi, Baş Nazir Əli Əsədov “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi oktyabrın 1-dək uzadılıb.
Öz növbəsində sözügedən məsələyə münasibət bildirən Milli Məclisin deputatı Kamilə Əliyeva bu qərarın imzalanmasının çox düzgün addım olduğunu deyib: “Çünki koronavirus pandemiyası hələ bitməyib. Bilirsiniz ki, hələ bu ilin mart ayında dövlət başçısı yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdı. Bu Sərəncam hər şeydən əvvəl cənab Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilir. Hər kəsə bəllidir ki, koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” məhz həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində, demək olar ki, fasiləsiz çalışırlar”.
Millət vəkili qeyd edib ki, həkimlər xəstə yaxınlarının ümid yerinə çevrilirlər və eyni zamanda, bir qədər də təzyiq altında olurlar: “Çünki hər birimizin onlardan gözləntilərimiz olduqca böyükdür. Belə vəziyyətdə, heç şübhəsiz ki, tibbi xidmət sahəsində fədakar əmək sərf edən səhiyyə işçiləri əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar. Məhz bu baxımdan Nazirlər Kabinetinin qərarında edilən dəyişiklik də COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti vacib addımdır”.
“Bu gün Azərbaycan dövləti koronavirusla mübarizə çərçivəsində mühüm tədbirlər həyata keçirir. Bu istiqamətdə görülən işlər dünya dövlətləri üçün bir nümunədir”.
Bu fikirləri isə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. Onun sözlərinə görə, əsas məqsəd vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunmasıdır.
Millət vəkili bildirib ki, hazırkı şəraitdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir: “Pandemiya başlayandan dövlətimiz bütün sferalar üzrə əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə vacib addımlar atıb. Həm aztəminatlı ailələr, həm ahıl insanlar, həm sahibkarlar və s. dövlətin sosial dəstəyindən yararlanırlar. Təbii ki, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində olan məsələdir. Çünki virusa yoluxmuş şəxslərin müalicəsində onlar əsl fədakarlıq göstərir, gecə-gündüz demədən çalışırlar. Bu baxımdan, yeni qərar təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir. Çünki hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Ona görə də hökumətin qərarı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31