Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir
22.08.2020 [00:35]
Ekspertlər hesab edirlər ki, koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddətinin uzadılması haqqında Nazirlər Kabinetinin qərarı mühüm əhəmiyyətə malikdir
Məlum olduğu kimi, Baş Nazir Əli Əsədov “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi oktyabrın 1-dək uzadılıb.
Öz növbəsində, sözügedən məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib ki, ölkəmizdə koronavirus pandemiyası ilə güclü mübarizə aparılır. Onun sözlərinə görə, bu prosesdə dövlət üzərinə düşən bütün addımları atır. Məqsəd isə insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsidir. Komitə sədrinin müavini əlavə edib ki, həyata keçirilən tədbirlər sayəsində bu mübarizədə ciddi nəticələr əldə olunur: “Təbii ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın mənfi təsirlərini minimuma endirmək mümkün olur. Hazırkı şəraitdə müvafiq səhiyyə tədbirləri ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir. Pandemiya başlayandan dövlətimiz bütün sferalar üzrə əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə vacib addımlar atıb. Təbii ki, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində olan məsələdir. Çünki virusa yoluxmuş şəxslərin müalicəsində onlar əsl fədakarlıq göstərir, gecə-gündüz demədən çalışırlar. Bu baxımdan, Nazirlər Kabinetinin qərarı tibb işçilərinə maddi və mənəvi dəstəkdir”.
“Baş Nazir tərəfindən bu qərarın imzalanması çox doğru bir addımdır. Ona görə ki, koronavirus pandemiyası hələ bitməyib. Belə olan şəraitdə isə yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsində iştirak edən tibb işçilərinin maddi təminatının gücləndirilməsi zəruridur”. Bu fikirləri isə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O xatırladıb ki, hələ bu ilin mart ayında dövlət başçısı yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam dövlətimizin başçısı tərəfindən səhiyyə işçilərinin zəhmətinə verilən böyük qiymətdir. Çünki koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə əsas yük həkimlərimizin və tibbi xidmət personalının üzərinə düşür. Onlar çətin şəraitdə gərgin əmək sərf edərək, demək olar ki, fasiləsiz işləyirlər.
Deputat söyləyib ki, virusa yoluxmuş insanların doğmaları, yaxınları həkimlərə güvənirlər: “Çünki vətəndaşların onlardan gözləntiləri böyükdür. Belə vəziyyətdə, heç şübhəsiz ki, tibbi xidmət sahəsində fədakar əmək sərf edən səhiyyə işçiləri əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar. Məhz bu baxımdan, Nazirlər Kabinetinin qərarında edilən dəyişiklik də COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti vacib və düzgün addımdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

