“Yüksəliş” müsabiqəsi Azərbaycan diasporu mövzusunda vebinar keçirib
02.09.2020 [09:04]
Sentyabrın 1-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən “Azərbaycan diasporunun şəbəkələşməsi” mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarı müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdim edib.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Komitənin sədri Fuad Muradov iştirakçılara xaricdə görülən işlərdən danışaraq bildirib ki, bu gün diasporun qarşısında duran başlıca vəzifə Qarabağ həqiqətlərini lazımi yerlərə çatdırmaq, bu istiqamətdə diaspor təşkilatlarının işinin peşəkar təşkilinə çalışmaqdır. Fuad Muradov, həmçinin vurğulayıb ki, bugünkü gözlənilməz və çətin pandemiya şəraitində hər bir həmvətənimizə dəstək olmaq üçün çevik addımlar atılır, diaspor xaricdəki azərbaycanlılarla mütəmadi əlaqə saxlayır, soydaşlarımızın müraciətlərini operativ cavablandırır. Bununla yanaşı, xaricdəki azərbaycanlıları bir araya toplayan, onların bir-birinə yaxından dəstək göstərə bilmələri üçün son illər müxtəlif ölkələrdə yaradılan və soydaşlarımızın təşkilatlanmasına ciddi təkan verən Azərbaycan evləri, Koordinasiya şuraları şəbəkəsinin genişləndirilməsinə dair də xüsusi fəaliyyət planının mövcud olduğunu diqqətə çatdıran Komitə sədri deyib: “Bu işdə soydaşlarımıza yardım etməyə hər zaman hazırıq. Əsas istiqamətimiz, hədəflərimiz dövlətimizin dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların yanında olmasını təmin etmək, bizə qarşı düşmənçilik siyasəti aparan erməni lobbisinin qarşısında diasporumuzun gücünü daha da möhkəmləndirməkdir. Təbii ki, bunun üçün həmvətənlərimiz də sıx birləşməli, dövlətimizin tarixini, mədəniyyətini təbliğ etməkdə maraqlı olmalıdırlar. Biz həmvətənlərimizin birliyinə, gücünə xüsusən Tovuz döyüşləri ilə bağlı müxtəlif ölkələrdə keçirilən dəstək yürüşlərində bir daha şahid olduq”.
Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb. Həmçinin iştirakçılar diasporun fəaliyyətini yaxından izlədiklərini, son vaxtlar görülən işlərlə bağlı müsbət rəylərini bölüşüblər.
Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Xəbər lenti
Hamısına baxElm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22

