Ölkəmizdə COVID-19-a qarşı mübarizə ardıcıl olaraq davam etdirilir
02.09.2020 [09:05]
Ekspertlərin qeyd etdikləri kimi, xüsusi karantin rejiminin uzadılması pandemiya ilə mübarizənin səmərəliliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir
Məlum olduğu kimi, dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, həmçinin vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə xüsusi karantin rejiminin sentyabrın 30-dək uzadılması haqqında qərar qəbul edib. Bununla belə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər 10 şəhər və rayonda xüsusi karantin rejimi ləğv edilib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə sayəsində ardıcıl tədbirləri davam etdirir. Səmərəli maarifləndirməni, müvafiq tibbi infrastrukturun yaradılmasını, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunmasını, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsini dövlət-vətəndaş həmrəyliyinin uğurlu nəticələri kimi səciyyələndirən S.Vəliyeva qeyd edib ki, bunun nəticəsində ölkəmizin əksər şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejimi ləğv edildi, bir çox məhdudiyyətlər aradan qaldırıldı.
Millət vəkili deyib ki, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi öz səmərəsini verir, lakin bugünkü məqamda ən önəmli məsələlərdən biri sosial məsuliyyət məsələsidir: “Hər kəs bilməlidir ki, atılan addımlar cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlərin öz bəhrəsini verdiyini diqqətə çatdırıb. Millət vəkili qeyd edib ki, Operativ Qərargah məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərar qəbul etməzdən öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir. O, bildirib ki, dövlətimiz tərəfindən atılan hər bir addımda əsas məqsəd insanların sağlamlığının qorunmasıdır.
Deputat deyib ki, qarşıdan payız-qış mövsümünün gəldiyini nəzərə alaraq vətəndaşlarımız daha ehtiyatlı olmalıdırlar: “Nəzərə alınmalıdır ki, payız-qış mövsümü, həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVID-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başlıca vəzifə yeni növ koronavirus infeksiyasının yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

