/ / Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi vətəndaşların müraciətlərinə baxılma mexanizminin də sadələşdirilməsinə yol açacaq
Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi vətəndaşların müraciətlərinə baxılma mexanizminin də sadələşdirilməsinə yol açacaq
09.09.2020 [09:00]
Ekspertlərin fikrincə, dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində aparılan islahatlar nəticəsində böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq
Azərbaycan Respublikasında dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Ümumiyətlə, son illərdə ölkəmizdə aparılan köklü islahatlar çoxşaxəli olmaqla istər iqtisadi, istər siyasi, istərsə də yerli özünü iderəetmə sistemində mühüm yeniliklərə yol açıb. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə, yeni idarəetmə fəlsəfəsi əhali tərəfindən təqdir olunur. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək.
Yeri gəlmişkən, Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs də ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Bu təşəbbüsdə nəzərdə tutulan dəyişiklərin vətəndaşların müraciətlərinə baxılma mexanizmində yeniliklərə yol açacağı şübhəsizdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov qeyd edib ki, dövlətin idarəçilik sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amil olan şəffaflığın və hesabatlılığın artırılmasına Azərbaycanda daim xüsusi diqqət yetirilir. Millət vəkili vurğulayıb ki, bu istiqamətdə mühüm nəticələr əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu idarəçilik islahatları fonunda vətəndaş-məmur münasibətləri sahəsində də bir çox irəliləyişlərə nail olunub. “Düşünürəm ki, Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi idarəçilikdə keyfiyyəti daha da yüksəldəcək. Vahid idarəçiliklə vətəndaşlara xidmət daha da səmərəli və nəticəli olacaq. Sözügedən rayon bölgüsü ləğv edilərsə, vətəndaşlar həm vaxta qənaət edər, həm də vahid bir yerə müraciət edərlər. İdarəçilikdə bu cür addımların atılması birbaşa vətəndaşların rahatlığına yönəlib”, - deyə M.Cəfərov bildirib. Onun sözlərinə görə, vahid mərkəzdən idarəçilik çoxmərtəbəli idarəetmə sistemini tamamilə aradan qaldıracaq və vətəndaşlarda məmnunluq yaradacaq. O, Gəncə sakinlərinin də bu bölgünün ləğv edilməsindən razı qalacaqlarına əmin olduğunu söyləyib.
Milli Məclisin deputatı Vüqar Bayramov da ölkəmizdə idarəetmə aparatının həm yerli, həm də mərkəzi səviyyədə optimallaşdırılması ilə bağlı islahatların davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, bir sıra mərkəzi icra orqanlarının, eləcə də, qurumların birləşməsinə səbəb olur. Yerli səviyyədə kadr islahatlarının aparılması, gənclərin yerli icra hakimiyyəti orqanlarına rəhbər təyin olunmasını da aparılan islahatların davam etməsindən xəbər verdiyini diqqətə çatdıran V.Bayramovun sözlərinə görə, Azərbaycan üçün yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkminləşdirilməsi bölgələrə investisiyanın cəlb edilməsi baxımından da çox vacibdir: “Gözlənilir ki, yerli səviyyədə idarəetmə sisteminin optimallaşdırılması ilə bağlı islahatlar davamlı olacaq. Bu, idarəetmənin optimallaşdırılması, çevikliyin gücləndirilməsinə, qərarların daha şəffaf və səmərəli şəkildə verilməsinə gətirib çıxaracaq. Gəncə şəhərinin Nizami Və Kəpəz rayonları ilə bağlı irəli sürülən təşəbbüsdə də bu məqamlar mövcuddr. Yerlərdə idarəetmə orqanı ilə əlaqədar daha optimal idarəetmə sisteminin formalaşdırılması vəğtəndaş məmnuniyyətli ilə yanaşı, iqtisadi baxımdan inkişaf üçün ciddi bir zəmin yarada bilər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

