Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhuna malikdir

Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhuna malikdir

09.09.2020 [09:02]

Ölkə gəncliyinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərməsi onların milli ruhda tərbiyə aldıqlarını bir daha təsdiq etdi
Məlum olduğu kimi, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan Respublikasında bütün sahələrdə tərəqqi əldə olunub. Bu uğurun əsasında isə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Onu da qeyd edək ki, əldə edilən uğurlardan bütün sahələrə, o cümlədən gənclərə də pay düşüb. Daha dəqiq desək, Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir və bu siyasət ölkə gənclərinin hərtərəfli inkişafını təmin edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan gəncliyi hərbi vətənpərvərlik ruhunda yetişir.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Afət Həsənova deyib ki, Vətənə sevgi olmadan onun parlaq gələcəyi haqqında düşünmək mümkünsüzdür: “Daim Vətən sevgisi ilə hər kəsə nümunə olan Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük diqqət göstərib. Ümummilli Liderin siyasətini, ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyev deyib: “Gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar”. Bu gün müharibə şəraitində olmağımız, torpaqlarımızın 20 faizinin erməni işğalı altında olması isə vətənpərvərlik ruhunun aşılanmasını olduqca mühüm məsələyə çevirir və bu istiqamətdə məsuliyyətimizi qat-qat artırır”.
Gənclərimizdə hərbi vətənpərvərlik hissinin yüksək olmasının ordunun gücünə birbaşa təsir etdiyini söyləyən A.Həsənova vurğulayıb ki, gənc nəslin vətəpərvərlik ruhunda tərbiyə olunması gənclər siyasətinin təməl prinsiplərindən biridir: “Dövlətimizin bu istiqamətdə indiyə qədər gördüyü işlər olduqca müsbət nəticələr verib. Bu gün gənclərimizin vətənpərvəlik hissi arzuolunan səviyyədədir. İstər Aprel döyüşlərində, istərsə də düşmənin Tovuz təxribatı zamanı biz cəmiyyətimizin, xüsusilə də gənclərimizin və hərbçilərimizin vətənpərvərlik hissinin nə qədər yüksək olduğunun bir daha şahidi olduq”.
A.Həsənova onu da əlavə edib ki, uşaqların, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində işlər davam etdirilməli və bu işdə hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir: “Vətənə sevgi, vətənpərvərlik hissinin aşılanması ailədən başlayır, baxçada, məktəbdə, ali təhsil ocaqlarında davam etdirilir. Hər bir ailə öz övladına Vətən sevgisi aşılamalı, o cümlədən baxçalarda, məktəblərdə müəllimlər uşaqlarmıza dövlətin bayrağını, gerbini, himnini sevdirməli, müstəqilliyimizin rəmzlərinə hörmətlə yanaşmağı öyrətməlidir. Şəhidlərmizin həyat yolu, qəhrəmanlıqları gənclərimizə çatdırılmalıdır”.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə bildirib ki, Azərbaycan dövləti gənclərə xüsusi diqqət və qayğı göstərməklə yanaşı, onların vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması məsələsinə həssaslıqla yanaşır. V.İskəndərov onu da deyib ki, Azərbaycan cəmiyyəti və gənclərimizin dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərməsi Azərbaycan gənclərinin milli ruhda tərbiyə aldığını və vətənpərvər olmasını bir daha təsdiq etdi: “Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan gənclərimiz könüllü olaraq cəbhəyə getmək istəklərini bildirərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdilər. Artıq on minlərlə gənc müvafiq formada qeydiyyata alınıb. Bununla gənclərimiz vətənpərvərlik ruhunu, işğal altındakı torpaqlarımızı düşməndən azad etmək istəyini bütün dünyaya nümayiş etdirib. Bu da onu göstərir ki, ordumuzun bugünkü uğurları bir tərəfdən dövlətin Silahlı Qüvvələrimizə göstərdiyi qayğıdan, digər tərəfdən orduda xidmət edən gənclərin vətənpərvərlik hissinin yüksək olmasından asılıdır”.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 475 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31