/ / Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması vətəndaşların məsuliyyətindən daha çox asılıdır
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması vətəndaşların məsuliyyətindən daha çox asılıdır
10.09.2020 [09:10]
Millət vəkilləri hesab edirlər ki, COVID-19-la mübarizə çərçivəsində dövlətimiz bütün mümkün addımları atır
Məlum olduğu kimi, dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Qeyd edək ki, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib.
Hazırda Azərbaycanın virusa yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasında olması bu faktı təsdiqləyir. Mövcud vəziyyətin geniş təhlili nəticəsində ölkə ərazisində karantin rejimi yumşaldılır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Emin Hacıyev deyib ki, artıq pandemiya dövrünün daha çox yumşalmalar mərhələsini yaşayırıq. İstər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istər iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, istərsə də şəhər və rayonlararası gediş-gəlişin bərpası və sair qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir. İnfeksiyanın yayılmasının qarşısının alınması bu gün hər bir insanın məsuliyyətindən daha çox asılı olacaq.
Emin Hacıyev bildirib ki, vəziyyətin nəzarətdə saxlanması sosial məsafənin qorunması, maskadan istifadə, təmaslardan qaçmaq, bir yerə toplaşarkən icazə verilən say həddini keçməmək kimi sadə qaydalarla müəyyən olunur: “Nəzərə alaq ki, pandemiya başlayan dövrdən bu günədək verilən qərarlar, atılan addımlar öz səmərəsini verib. Həm yeni müalicə müəssisələrinin qurulması, həm karantin rejiminin yavaş-yavaş yumşaldılması, ümumiyyətlə, bu sahədə dövlətimizin gördüyü bütün ehtiyat tədbirləri öz müsbət nəticəsini verir. Məhz doğru əks-epidemik tədbirlərinin görülməsinin nəticəsidir ki, xəstələrin sayı xeyli azalıb”.
Millət vəkilinin sözlərinə görə, yaşadığımız çətin dövrdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhaliyə diqqət və qayğısını hər kəs, xüsusilə sosial cəhətdən həssas qruplar daha dərindən hiss etdi: “Növbəti yumşalma qərarı o demək deyil ki, pandemiya bitir. Yəqin ki, monitorinqlər də daha sistemli və qaçılmaz olacaq. Artıq, necə deyərlər, məsuliyyətimiz sağlamlığımızdır. Nə qədər məsuliyyətli olacağıqsa, koronavirusla mübarizədə o qədər güclü olacağıq”.
“Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Belə ki, səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub”. Bu fikirləri isə Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov bildirib ki, Azərbaycan dövləti pandemiya dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı böyük maliyyə tutumuna malik qərarlar qəbul edərək yenə də öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. Onun sözlərinə görə, indiki şəraitdə həssas qruplardan olan, eləcə də pandemiyanın təsirlərinə məruz qalan sahələrdə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn genişmiqyaslı dəstək tədbirləri diqqəti xüsusi olaraq cəlb edir: “Bu məqsədlə büdcədən böyük məbləğdə vəsait ayrılıb. Məhz məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb və Prezident İlham Əliyev tərəfindən elan edilən dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Həmçinin, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılıb. Bütün bunlar bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir”.
Millət vəkili hesab edir ki, yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün vətəndaşlar COVID-19 infeksiyasının müalicəsi üçün vaksin tapılana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özünü və ətrafını qorumağa davam etməlidir. Belə olan halda, virusa qalib gəlmək mümkündür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

