Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azay Quliyev seçicilərlə videogörüş keçirib

Azay Quliyev seçicilərlə videogörüş keçirib

25.09.2020 [20:08]

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.  

QHT.az xəbər verir ki, videogörüşdə iştirak edən seçicilər məhəllələrarası yolların təmiri, pensiya təminatı, binaların həyətlərinin abadlaşdırılması, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi yerində həll edilib.  Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri isə aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydə alıb və onların araşdırılaraq həll ediləcəyini bildiriblər. Deputat görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.
 
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov, 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Vəli Əliyev iştirak edib.
Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30