/ / Səbuhi Abbasov: Cəmiyyətimizin bütün təbəqələri torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə Ali Baş Komandanı dəstəkləyir
Səbuhi Abbasov: Cəmiyyətimizin bütün təbəqələri torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə Ali Baş Komandanı dəstəkləyir
06.10.2020 [09:36]
“Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkə vətəndaşları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində torpaqlarımızın bir hissəsinin düşməndən azad edilməsi Azərbaycan xalqının illərdir həsrətlə gözlədiyi addımın təcəssümüdür”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində Ermənistan tərəfi daim vaxt uzatmaqla status-kvonu saxlamağa çalışıb: “Təbii ki, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, bu prosesin daha 30 il davam etməsi mümkün deyildi. Çünki Azərbaycan xalqının səbri də tükənməz deyil. Digər tərəfdən, dövlət başçısının xalqımıza son müraciətində xüsusi vurğuladığı kimi, Ermənistan tərəfi, o cümlədən işğalçı dövlətin yeni hakimiyyəti sülh danışıqlarını konstruktiv məcraya yönəltəmək əvəzinə xalqımıza, dövlətimizə qarşı qəbuledilməz addımlara yol verdi. Qarşı tərəf elə zənn edirdi ki, Azərbaycan bunun qarşısında yenə də səbr nümayiş etdirəcək. Amma hər şeyin həddi var və bu gün Ali Baş Komandanın qətiyyəti nəticəsində Azərbaycan Ordusu tərəfindən işğalçılara layiqli cavab verilir”.
S.Abbasov onu da deyib ki, əksər siyasi partiyalar, cəmiyyətimizin bütün təbəqələri torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə Ali Baş Komandanı dəstəkləyir: “Prezident İlham Əliyevin son illərdə apardığı islahatlar kursuna uyğun olaraq ölkədə fəaliyyət göstərən siyasi qüvvələrlə, həmçinin qeyri-hökumət təşkilatları ilə dialoqun genişləndirilməsi milli həmrəyliyin gücləndirilməsinə mühüm töhfə olub. Ümumiyyətlə, indiki məqamda siyasi partiya, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin yekdillik nümayiş etdirməsi də həmin islahatların nəticəsidir. İlk gündən 50 siyasi partiyanın Ali Baş Komandanı dəstəkləyən bəyanat verməsi, okyabrın 3-də videoformatda keçirilən görüşdə həmin partiyalar tərəfindən bu dəstəyin bir daha ifadə edilməsi böyük siyasi əhəmiyyətə malikdir”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36

