/ / Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət ünvanlayıb
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət ünvanlayıb
03.12.2020 [10:19]
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində təcavüzkar Ermənistan döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradılaraq 30 ildir işğal altında qalan torpaqlarımız azad olunub, Azərbaycanın Böyük Qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsi başa çataraq ərazi bütövlüyümüz bərpa edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov xarici həmkarlarına yeni müraciət ünvanlayıb.
Müraciətdə döyüş meydanında acı məğlubiyyətə uğrayan Ermənistanın faktiki kapitulyasiyası və bununla qalan torpaqlarımızı siyasi yolla qaytarmağa məcbur olması qeyd edilərək, düşmənin işğal dövründə ərazilərimizdə törətdiyi vəhşiliklərə, beynəlxalq humanitar hüquqa zidd digər qanunsuz əməllərinə diqqət cəlb olunub.
Həmçinin bildirilib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr müharibənin taleyində həlledici rol oynayıb və Zəfər yürüşündə Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Ermənistan beynəlxalq hüquqa məhəl qoymamağın, təcavüzkar siyasətini davam etdirməyin və özgə torpaqlarını işğalda saxlamağın daha mümkünsüz olduğunu dərk edərək öz məğlubiyyətini etiraf etmək məcburiyyətində qalıb. 44 gün davam edən hərbi əməliyyatları uduzması ilə barışan Ermənistan noyabrın 10-da birgə Bəyanata imza ataraq işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarılması və torpaqlarımızın qısa müddətdə boşaldılması öhdəliyini üzərinə götürüb. Bəyanatda, həmçinin doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına geri qayıtması nəzərdə tutulub.
Nazir Ermənistanın işğala son qoyaraq torpaqlarımızdan çıxmağa hazır olduğunu elan edən kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sülhün tərəfdarı olaraq hərbi əməliyyatları dərhal dayandırdığını vurğulayıb. Bununla tarixi ədalətin qələbə çalaraq BMT Təhlükəsizlik Şurasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair qətnamələrinin icra edildiyini qeyd edib. Böyük təəssüflə bildirib ki, buna Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin, habelə Ermənistanın bütün beynəlxalq humanitar hüquq və əxlaq normalarını kobud pozaraq davamlı və məqsədli şəkildə dinc əhalini, o cümlədən qadın və uşaqları hədəf almaqla 500 nəfərədək mülki insanın tökülən qanı bahasına nail olunub.
Müraciətdə Bəyanatın icrası çərçivəsində dekabrın 1-də işğal olunmuş sonuncu - Laçın rayonunun sülh yolu ilə, qan tökülmədən azad olunması ilə bağlı məlumat verilərək artıq müharibənin arxada qaldığı, ölkəmiz üçün yeni quruculuq, inkişaf dövrünün başlanıldığı qeyd edilib.
Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizi bərpa etmək üçün nəhəng işlər görülməlidir. Çünki təcavüzkar düşmən Cenevrə Konvensiyasının 1977-ci il Protokolu ilə qadağan edilməsinə baxmayaraq, işğal etdiyi torpaqlarımızı viran edərək arxasında, sözün əsl mənasında, “yandırılmış torpaq” qoyub, o cümlədən həmin ərazilərdə xalqımızın tarixi və mədəni irsini, demək olar ki, tamamilə məhv edib. Lakin dünyada sülhsevər, tolerant ölkə kimi tanınan Azərbaycan dövlətinin və xalqının dağıdılmış şəhərləri, kəndləri həmrəyliklə bərpa etmək üçün əlindən gələni əsirgəməyəcəyi, bölgədə qonşuluq şəraitində dinc yaşamaq üçün yaxşı imkanların, yeni təhlükəsizlik, əməkdaşlıq formatının yaranması qeyd olunub.
Ədliyyə naziri son 30 ildə Azərbaycan xalqının, o cümlədən 750 minə yaxın məcburi köçkün vəziyyətdə yaşayan soydaşlarımızın, qarşıdan gələn Yeni ili ilk dəfə olaraq sülh şəraitində, həmçinin uzun müddət işğal altında olmuş ərazilərimizdə qarşılayacağını, bölgəmizdə bundan sonra firavanlıq və təhlükəsizliyin hökm sürəcəyinə ümidvar olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04

