/ / Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hərbi qulluqçularımız üçün dəstək aksiyası davam etdirilir - Cəbrayıldan reportaj
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hərbi qulluqçularımız üçün dəstək aksiyası davam etdirilir - Cəbrayıldan reportaj
23.12.2020 [09:15]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyası həyata keçirirlər. Aksiya çərçivəsində dekabrın 18-dən başlayaraq Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti belə tədbir Cəbrayıl rayonunda təşkil edilib. Dekabrın 22-də “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərinə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıb, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.
Hazırda Azərbaycan Ordusu qəhrəmanlıq və şücaət göstərərək işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə aparır. İşğaldan azad olunan ərazilərdə yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Hərbi qulluqçuların yemək və geyimlə təminatı da daim yüksək səviyyədə diqqətdə saxlanılır.
Görüşüb söhbət etdiyimiz hərbi qulluqçularda yüksək əhval-ruhiyyənin, məğrurluğun şahidi olduq. Könüllü olaraq döyüşlərdə iştirak etmək üçün gələn Orxan Əbilov deyib: “Tək istəyimiz işğal altında olan torpaqlarımızı azad etmək idi. Buna da nail olduq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qələbə qazandıq. Əhvalımız yüksəkdir. Qalib ordunun qalib əsgərləriyik. Evimizə qürurla, sevinclə, alnıaçıq, üzüağ dönəcəyik. Bundan gözəl hiss ola bilməz”.
Anar Orucov da Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb və Şuşaya qədər döyüş yolu keçib. “Döyüşdük ona görə ki, Vətən bizim anamızdır. Hamımızın əhval-ruhiyyəmiz yaxşıdır. Vətən müharibəsində iştirak etdiyim üçün qürur duyuram. Qida və geyim baxımından da təminatımız yüksək səviyyədədir. Bizdən nigaran qalmasınlar”, - deyə o qeyd edib.
Digər müsahibimiz Kamran Behbudludur: “Doğum günümdə könüllü olaraq Vətən müharibəsinə könüllü qoşuldum. Xocavənd, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Allaha şükür olsun ki, bizə qələbə hissini yaşamaq nəsib oldu. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək, torpaqlarımızı azad etdik. Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Qürur hissi yaşayırıq. Ailəmə salamlarımı çatdırıram”.
Müzəffər ordunun əsgəri olan Emil Kərimli də Hadrut, Tuğ, Şuşa uğrunda döyüşlərdə iştirak edib. Deyib ki, döyüşən əsgərlər olsa da, qələbəni qazanan xalqdır. “Xalqın dualarını daim üzərimizdə hiss etdik. Var olsun xalqımız. Çiyin-çiyinə vuruşduğumuz yoldaşlarımızdan şəhid olanlar, yaralananlar da oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin. Qarabağ Azərbaycandır!”.
Söhbət etdiyimiz bütün hərbçilər onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna və “Bravo” supermarketlər şəbəkəsinə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33

