/ / Suqovuşanda aşkarlanan ağ fosfor mərmiləri düşmənin Azərbaycana qarşı qadağan olunmuş silahlardan istifadə etməsinin daha bir sübutudur
Suqovuşanda aşkarlanan ağ fosfor mərmiləri düşmənin Azərbaycana qarşı qadağan olunmuş silahlardan istifadə etməsinin daha bir sübutudur
26.12.2020 [08:31]
Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsindəki keçmiş erməni blokpostunun ərazisində 122 millimetrlik D-4 ağ fosfor (P-4) tərkibli top mərmilərinin aşkarlanması düşmənin Azərbaycana qarşı qadağan olunmuş silahlardan istifadə etməsinin daha bir sübutudur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat veriblər.
İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, qadağan olunan silahlardan, o cümlədən tərkibində ağ fosfor maddəsi olan mərmilərdən istifadə etməklə Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini dəfələrlə atəşə tutub.
Ağ fosforun atmosferdəki oksigen ilə birləşməsi nəticəsində əmələ gələn yanğın zamanı temperatur +1000 dərəcəni keçir. Partlayış anında 200-400 metr radiusda yandırma qabiliyyəti olan fosforlu bombaların yaratmış olduğu təhlükə yalnız həmin ərazi ilə məhdudlaşmır, eyni zamanda, su və hava vasitəsilə yayılaraq digər ölkələrə də mənfi təsir göstərə bilər. Bu mərmilər havada partladıqda fosfor və digər qarışıq maddələr geniş əraziyə yayılır və insanların tənəffüs yollarını, ağciyərlərini sıradan çıxarır.
Bu mərmilərin aşkarlanması bir daha göstərir ki, təcavüzkar Ermənistan dövləti iştirakçısı olduğu Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Bununla yanaşı, təcavüzkar ölkə Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair IV Cenevrə Konvensiyasının və Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarına I Əlavə Protokolun, Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyasının, ona Əlavə Protokolun, Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamənin, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında Konvensiyanın və bir çox digər beynəlxalq müqavilələrin tələblərini kobudcasına pozur.
ANAMA-nın məlumatına görə, sentyabrın 27-dən dekabrın 21-dək ümumilikdə 2217 siqnal (əməliyyat çağırışı) əsasında Agentlik tərəfindən 1750 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Bu əməliyyatlar nəticəsində Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində evlərə və həyətyanı sahələrə, neft-qaz kəmərlərinin yaxınlığına, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarlarına, meşə massivinə, məktəblərə baxış keçirilib. Ümumilikdə 1376 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 4507, tank əleyhinə 1344 mina, tank əleyhinə 1875 ədəd mina partladıcısı, 77 detonator, 1419 ədəd “9N235” bombacığı, müxtəlif çaplı 20 min 988 patron, 2 qaz qumbarası, 5968 qram qara barıt, hərbi məqsədlər üçün istifadə olunan 27 meteoroloji radiopelenqator və 7 dron zərərsizləşdirilib. Həmçinin iki raket mikrosxemi və 1900 partlamış raket hissələri aşkarlanıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

