Peyvənd tətbiq olunduğu gündən bir ay sonra qoruyuculuğunu göstərməyə başlayır
26.01.2021 [08:58]
Artıq ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Vaksinasiya strategiyasına uyğun olaraq əvvəlcə səhiyyə işçiləri peyvənd olunurlar. Ekspertlər hesab edirlər ki, vaksinasiya prosesi yaxın günlər ərzində geniş əhali kütləsi arasında da tətbiq ediləcək. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, bəzi vətəndaşlar elə düşünürlər ki, peyvənd olunandan sonra bu infeksiyadan 100 faiz qorunmuş olacaqlar və daha izolyasiya qaydalarına riayət etməyə, tibbi maska taxmağa, gigiyena qaydalarını, sosial məsafə prinsiplərini gözləməyə ehtiyac qalmayacaq. Onun sözlərinə görə, bu, tamamilə yanlış fikirdir. Belə ki, peyvənd tətbiq olunduğu gündən bir ay sonra qoruyuculuğunu göstərməyə başlayır: “Dünyada bir qrup şəxslər var ki, onlar peyvəndləmə prosesinin qəti əleyhinədirlər. Bu peyvəndin yan təsirləri ilə bağlıdır. Peyvəndin yüngül və ciddi yan təsirləri var. Yüngül yan təsirlərə peyvənd olunan nahiyədə qızarıqlıq, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmdə müəyyən xəstəlik əlaməti formalaşdırmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalaşsın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə anafilaktik şok, yəni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir. Onsuz da peyvənd olunanlar 20-30 dəqiqə müddətində peyvənd vurdurduqları məntəqədə gözləmə zalında nəzarətdə olacaqlar. Bu da çox nadir hallarda ölümlə nəticələnir. Yəni bu, milyonda bir halda baş verə biləcək hadisədir. Belə hal daha çox əks-səda doğuracaq, nəinki peyvəndin müsbət tərəfləri. İstənilən dərman preparatına qarşı da insanda allergik reaksiya, anafilaktik şok baş verə bilər. Təəssüf ki, insanlar peyvəndin və ya hansısa dərman vasitəsinin yaxşı tərəfini düşünmürlər. Yəni kimsə peyvənd olundu xəstələnmədi, faydasını gördü hissəsini deyil, xəstələndisə və ya hansısa reaksiya, yan təsir baş verdisə, onu yadda saxlayırlar. Bu da əhali arasında sürətlə yayılır, nəinki yaxşı təsirlər. Bu münasibət COVID-19 xəstəliyinə qarşı da var. Daha çox bu xəstəlik səbəbindən vəfat edənlərin sayını yadda saxlayırlar, sağalanların sayı diqqətdən kənarda qalır. İnsanlar arasında təşvişə səbəb olan da məhz belə hallardır”.
Mütəxəssisin sözlərinə görə, peyvənd vurdurmaq üçün əks-göstəriş yoxdur: “Xəstəliyi keçirib qanında İgG formalaşanlar da peyvənd vurdura bilərlər. Yetər ki, xəstəliyin aktiv dövründə olmasınlar. Xəstəlikdən yeni sağalmış şəxslərə belə peyvənd vurula bilər. Elmi olaraq bunun üçün heç bir əks-göstəriş yoxdur. Tədqiqatlar göstərir ki, son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslərdə immunitet davam edir, yəni onlar qoruyucu hesab olunurlar. Peyvəndə tələbat daha çox olduğu və vaksin sayı az olduğu üçün həmin şəxsləri müəyyən müddət peyvəndləmə prosesindən uzaqda saxlamaq tövsiyə olunur. Əgər sistemdə son altı ay ərzində pozitiv nəticəsi qeydə alınan şəxs varsa, o, peyvənd üçün müraciət etdikdə sistemdə görünəcək. Həmin şəxslər bir müddət peyvəndə cəlb olunmayacaqlar. Digər qruplara, yəni əhalinin xəstəliyi keçirməyən hissəsinə, hətta xəstəliyi keçirmiş olsa belə, risk qrupuna daxil olan şəxslərə ilkin olaraq daha çox üstünlük veriləcək”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30

