/ / MEDİA-nın ADA Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarların birinci mərhələsi yekunlaşıb
MEDİA-nın ADA Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarların birinci mərhələsi yekunlaşıb
05.02.2021 [09:38]
ADA Universitetində MEDİA Agentliyi ilə birgə təşkil edilən və dövlət təşkilatlarının ictimai əlaqələr funksiyası ilə məşğul olan əməkdaşları üçün nəzərdə tutulan “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzulu silsilə seminarların birinci mərhələsi yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, fevralın 3-də seminarların ilk mərhələsini bitirən 37 məzun sertifikatla təltif edilib. Təltifetmə mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təbriklərini çatdıraraq MEDİA Agentliyi ilə ilk əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. O bildirib ki, media və kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində universitetin təlim və tədqiqat potensialından istifadə edilməsi, bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar açır. Prorektor MEDİA Agentliyi ilə tərəfdaşlığın gələcəkdə də sıx davam edəcəyinə ümidvar olduğunu bildirib.
İki həftə davam edən silsilə seminarların birinci mərhələsində iştirakçılar yerli və xarici media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi məsələlərini diqqətdə saxlayıb, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq təmsil etdikləri qurumlara dair daha keyfiyyətli ictimai məzmunun yaradılması yollarını nəzərdən keçiriblər.
Seminar iştirakçıları təəssüratları ilə bölüşərək əldə etdikləri biliklərin gələcək fəaliyyətlərinə faydalı olacağını bildiriblər. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Natiq Axundovun fikrincə, seminarlar dövlət qurumları ilə media orqanları arasında əlaqələrin gücləndirilməsi baxımdan faydalı oldu. Xüsusilə, sosial medianın imkanlarından effektiv şəkildə yararlanmaq, dezinformasiyaların qarşısını almaq, operativliyi artırmaq üçün əhəmiyyətli müzakirələr aparıldı. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə qoyulan mövzuların əhatəli işıqlandırılması ilə yanaşı, seminar günləri zamanı təmsil olunan qurumların nümayəndələri arasında peşəkar şəbəkənin möhkəmlənməsini üstünlük kimi qeyd edib. Media ilə işin qurulmasında mövcud çağırışlara və həll yollarına işıq saçmaq, gələcək hədəflərə yol xəritəsi müəyyənləşdirmək üçün ekspert mühazirələri ilə birgə iştirakçıların qarşılıqlı qatqısı da əhəmiyyət kəsb edirdi.
Seminarın birinci mərhələsi yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları və ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə fikir mübadiləsi hissələrindən ibarət idi.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07

