ADA Universitetində “Hacı Zeynalabdin Tağıyev” mükafatının təqdim edilməsi mərasimi olub
04.05.2021 [09:16]
ADA Universitetində məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na təqdim edilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, qalib layihələr ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və tədbirin xüsusi qonağı Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev tərəfindən açıqlanıb.
Təqdim edilən on iki layihə arasından beş layihə mükafatlandırılıb. Birinci yeri iki layihə -”Go girl” və “Gizli Azərbaycan” layihələri bölüşüblər.
“Go girl” layihəsinin məqsədi qızları “STEM” (Science - Elm, Technology - Texnologiya, Engineering - Mühəndislik, Math - Riyaziyyat) sahəsi üzrə karyera qurmağa həvəsləndirmək və qızların İnformasiya Texnologiyaları üzrə biliklərini artırmaqdır.
“Gizli Azərbaycan” layihəsinin məqsədi isə Azərbaycanın görməli, lakin az ziyarət edilən məkanlarını tanıtmaq və daxili turizmin inkişafını dəstəkləməkdir.
İkinci yeri “Shape of future” və “Thriving artist” layihələri paylaşıblar. “Shape of future” layihəsinin əsas məqsədi məktəblilərin bilik və bacarıqlarını artırmaq, şagirdləri düzgün peşə seçimi mövzusunda məlumatlandırmaq və onların ingilis dili biliklərini artırmaq üçün ödənişsiz kurslar təşkil etməkdir.
“Thriving artist” layihəsi isə rəssamlıqla məşğul olan gənclər üçün xüsusi onlayn platforma təqdim edir. Bu platforma onlara öz əsərlərini tanıtmaq fürsəti verir.
Üçüncü yerin qalibi “Bir kitab, bir xatirə” layihəsidir. Layihənin əsas məqsədi gənclər arasında oxumağa marağı artırmaqdır. Layihə çərçivəsində Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimli adına kitab guşəsinin əsası qoyulub.
“Gizli Azərbaycan” layihəsinin komanda üzvü Əli Məmmədov deyib: “Layihəmizi Şuşada davam etdirmək və Şuşanı - öz doğma torpağımızı dünyaya tanıtmaq əsas hədəflərimizdəndir”.
Birinci yeri bölüşən “Go girl” layihəsinin komanda üzvlərindən Məsudə Ömərova deyib: “Layihə vasitəsilə qadınları da İKT sahəsində karyera qurmağa və bu sahədə daha fəal rol oynamağa səslədik”.
Birinci yerə layiq görülən hər iki layihənin komandasına ayrılıqda 1750 manat, ikinci yeri bölüşən komandalara 1050 manat, 3-cü yerə çıxan layihə komandasına isə 700 manat pul mükafatı təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07

