ADA Universitetinin “Bir müəllimin manifesti” təşəbbüsü
20.05.2021 [09:33]
ADA Universiteti ana dilimizdə təhsilin ilk sütunu sayılan Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirib və “Bir müəllimin manifesti” təşəbbüsünü təqdim edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın müxtəlif regionlarından gələn müəllimlər, məktəb direktorları və tanınmış ziyalılar iştirak ediblər. ADA hər zaman müxtəlif bölgələrdə fəaliyyət göstərən yenilikçi müəllimləri “kəşf” edib, onları milli dəyərə çevirib. Bu ənənəni davam etdirəcək “Bir müəllimin manifesti” də öz “kəşf”inə elə regiondan, daha dəqiq desək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi olan Qazax Müəllimlər Seminariyasının yerləşdiyi Qazax şəhərindən başlayıb.
Tədbirin əvvəlində ADA Universitetinin Vətən müharibəsində könüllü iştirak edən məzunu Kamran Abbasov və Universitetin Kitabxanasının əməkdaşı Nurlan Nağıyev Azərbaycan Respublikasının və ADA-nın bayrağını səhnəyə gətiriblər. Milli himnimiz səsləndirildikdən sonra Vətən uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vaxtilə müəllimlərimizi yetişdirməyi özünə missiya seçən maarifçilərin izi ilə Qazaxa gələn qonaqları salamlayıb.
Tədbirdə çıxış edən ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd qəlbi Vətənə xidmət eşqi ilə döyünənlərin cəhalət qaranlığını elm işığı ilə necə aydınlatdığını xatırladıb. O, Qori Seminariyasının Azərbaycan şöbəsi və Qazax Müəllimlər Seminariyasının tarixindən danışıb. Burada təhsilin mütərəqqi ideyalar və uzaqgörən bir təməl üzərində qurulduğundan bəhs edərək ADA Universitetinin Azərbaycanın maarifçilik irsi üzərində qurulduğunu və elmi dərindən və şüurlu öyrənmək, öyrəndiklərini başqaları ilə bölüşmək kimi dəyərləri həmişə yüksək tutduğunu vurğulayıb. Qalib Məmməd ADA Universitetinin ABŞ-dakı Mərkəzinin də “Bir müəllimin manifesti” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak edəcəyini qürur hissi ilə qeyd edib.
Daha sonra çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, ADA Universiteti ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə “Bir müəllimin manifesti”ni elan edir. İllər ərzində əldə etdiyi elmi-pedaqoji təcrübəni özünün ən böyük zənginliyi hesab edən ADA, bunu bir missiya olaraq regionlarımızdakı məktəblərlə və müəllimlərlə bölüşəcək. ADA əməkdaşları regionlara gedəcək, könüllü olaraq oradakı məktəblərdə çalışacaq, o məktəblərdən qabaqcıl müəllimləri seçib ixtisasartırma üçün ADA-ya gətirəcək. Həmin müəllimlərin bir qismi ADA Universitetinin Vaşinqtonda yerləşən Mərkəzində təhsil alacaq. Məqsəd nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaqdır.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri də çıxışçılar sırasında yer alıblar. Tomris Azəri Seminariya binasının bərpası prosesində Cəmiyyətin ADA Universitetinə dəstək olacağını vurğulayıb.
Yekun sözlə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, ADA tələbələri və məzunlarının sayı artdıqca, missiyası da genişlənməkdə davam edəcək. ADA öz təcrübəsini regionlarda yerləşən məktəblər və onların müəllimləri ilə paylaşmaq fəaliyyətinə, ilk növbədə, Qazaxdan başlayacaq və bu işdə Bakı Dövlət Universitetinin Qazax filialı ilə əməkdaşlıq edəcək. Prezident İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 2018-ci ildə imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayan Hafiz Paşayev ADA olaraq bu şərəfli işə hər cür dəstək göstərəcəyini vəd edib.
Qeyd edək ki, ADA Universiteti “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində həm də tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməklə onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq.
Xəbər lenti
Hamısına baxSosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 14:57
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58

