/ / Özbəkistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir
Özbəkistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir
21.05.2021 [09:06]
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Fəxri xiyabana gələn qonaqlar xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Tədbir proqramının davamı olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğunda nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.
Azərbaycanın Baş prokuroru Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində görülən işlər barədə ətraflı məlumat verərək, onlara milli qanunvericiliyin beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirilməsi istiqamətində atılmış addımlardan, səmərəli dövlət idarəçiliyinə hesablanmış yeni institusional mexanizmlərdən, vətəndaşlara xidmət göstərməklə süründürməçilik hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” və DOST mərkəzlərinin fəaliyyətindən bəhs edib. Habelə çıxışında ölkə təcrübəsində şəffaflıq və keyfiyyətlilik meyarlarının rəhbər tutulduğu kompleks tədbirlərə dair konkret nümunələrə toxunan Kamran Əliyev prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun olaraq optimallaşdırılması, texnoloji innovasiyalardan faydalanmaqla bu sahədə mövcud prosedurların elektronlaşdırılması ilə bağlı görülən işlərdən, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlar olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) ilə qarşılıqlı əməkdaşlıqdan danışıb.
Görüşdə xüsusi vurğulanıb ki, mövcud siyasi iradəyə əsasən ölkəmizdə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələləri başlıca prioritetlərdən biridir, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası kimi mühüm təsisatlar tərəfindən qəbul edilmiş beynəlxalq sənədlərin ratifikasiya olunması təmin edilməklə, milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb, eləcə də bu sahədə qəbul edilmiş normativ-hüquqi akt və strateji fəaliyyət planlarının səmərəli tətbiqinə müvəffəq olunub.
Bundan başqa, ölkəmizin ötən il aparmış olduğu 44 günlük haqq savaşı barədə söz açan Baş prokuror Kamran Əliyev xalqın birmənalı dəstəyinə arxalanan Ali Baş Komandan İlham Əliyevin göstərdiyi qətiyyət və müzəffər Ordumuzun şücaəti nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdırıb. Çıxışda müharibə günlərində düşmən tərəfinin beynəlxalq humanitar hüququn tələblərini kobud surətdə pozması, dinc əhaliyə və mülki obyektlərə ziyan vurmaqla çoxsaylı müharibə cinayətləri törətməsi təəssüflə vurğulanıb, həmin cinayətlərin istintaqı zamanı müəyyən edilmiş bir sıra faktlardan istinadlar gətirilib.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən Özbəkistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində məhkəmə-hüquq sistemində və prokurorluq orqanlarında həyata keçirilən və müsbət nəticələr verən islahatları yüksək dəyərləndirib, ölkələrimiz arasında olan sıx münasibətlərin iki qurum arasında da davam etdiriləcəyinə, hazırkı təcrübə mübadiləsinin tərəflərə yeni töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə olunub. Qardaş türkdilli ölkələr olan dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərə paralel olaraq, iki dövlətin müvafiq orqanları arasında qarşılıqlı əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Daha sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olublar. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar onlarda xüsusi təəssürat oyadıb.
Hazırda Özbəkistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin nümayəndə heyətinin səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyətinin digər dövlət orqanlarının fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

