/ / Azərbaycan Ombudsmanı Türkiyənin nümayəndə heyəti ilə birgə Ağdamda faktaraşdırıcı missiya həyata keçirir
Azərbaycan Ombudsmanı Türkiyənin nümayəndə heyəti ilə birgə Ağdamda faktaraşdırıcı missiya həyata keçirir
01.07.2021 [09:39]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) rəhbəri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna və Vətən müharibəsi dövründə Ermənistanın raket hücumlarına məruz qalan mülki yaşayış məntəqələrinə faktaraşdırıcı səfəri təşkil edilib. Faktaraşdırıcı missiya Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin əsas məqsədi işğaldan azad edilmiş və müharibə dövründə hücumlara məruz qalmış ərazilərimizdə yerində araşdırmalar aparmaq və sübutlar toplamaqdır. Nümayəndə heyətinə Türkiyə universitetlərinin beynəlxalq humanitar hüquq və müharibə cinayətləri ilə bağlı araşdırma təcrübəsinə malik olan tədqiqatçıları da daxildir. Səfərdə iştirak edən TİHEK nəzdində yaradılmış Qarabağ Müşahidə Qrupunun üzvləri olan tədqiqatçılar hüquq pozuntuları ilə bağlı araşdırmalar aparırlar.
Nümayəndə heyətinin üzvləri iyunun 30-da işğaldan azad edilmiş və ən çox dağıntıların törədildiyi Ağdam rayonunda olublar. Nümayəndə heyətinə Ağdam şəhərinin təməlinin qoyulduğu ərazidə Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun ötən ilin payızında 44 günlük müharibədə qazandığı Zəfər nəticəsində Ağdam da işğaldan azad edilib. İndi Ağdamın yeni bərpa, quruculuq dövrü başlayıb.
Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış və talan edilmiş yaşayış binalarına, dini və tarixi abidələrə, o cümlədən Ağdam Cümə məscidinə, İmarət kompleksinə, teatr və çörək muzeyinin binalarının, Qiyaslı məscidinin qalıqlarına baxış keçirilib, monitorinq aparılıb.
Türkiyə nümayəndə heyəti Cümə məscidində namaz qılıb.
Faktaraşdırıcı missiya əldə edilmiş nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərəcək.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55

