/ / Abdurrahman Uzun: Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Biznes Forumda 2500-dək iş adamını bir araya gətirməyi planlaşdırırıq
Abdurrahman Uzun: Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Biznes Forumda 2500-dək iş adamını bir araya gətirməyi planlaşdırırıq
10.07.2021 [10:28]
“Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) bu gün dünyanın dörd bir yanında 11 mindən çox üzvü var. MÜSİAD olaraq dünyada 2 milyon nəfərin məşğulluğunu təmin etməklə, 95 ölkədə ümumilikdə 225 yerdə xidmət göstəririk”.
Bunu KİV-ə açıqlamasında “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Abdurrahman Uzun deyib.
Onun sözlərinə görə “MÜSİAD Azərbaycan” 2018-ci ilin əvvəlindən aktiv fəaliyyətə başlayıb: “Hazırda “MÜSİAD Azərbaycan”ın 57 üzvü var ki, onların da 60 faizi Azərbaycan vətəndaşı olan iş adamlarıdır. 9 nəfərlik İdarə Heyəti, 7 komitə ilə fəaliyyətimizi uğurla davam etdiririk. Bu gün biz 3950 nəfərin məşğullunu təmin etmişik”.
A.Uzun qeyd edib ki, “MÜSİAD Azərbaycan” İkinci Qarabağ müharibəsi zamanı erməni hücumlarından zərər görən sivil vətəndaşlara və Azərbaycan ordusuna geyim, istilik və yeməkdən ibarət təxminən 250 min manat dəyərində yardım göstərib: “Eyni zamanda Azərbaycanın tarixi zəfərindən sonra rəsmi icazə əsasında Qarabağ bölgəsinə və Şuşaya səfər edərək, gələcəkdə burada qurulacaq iş imkanları barədə müşahidələr apardıq. Onu da deyim ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri zamanı istifadə etdiyi avtomobil yolunun bir hissəsi “MÜSİAD Azərbaycan”nın üzvü olan “Özgün İnşaat” tərəfindən çəkilib”.
A.Uzun bildirib ki, işğaldan azad edilmiş ərazilər minalardan təmizləndikdən, insanlar oraya köçdükdən sonra hansı sahələrə sərmayələrin qoyulmasının mümkün olması dəqiqləşəcək: “İnsanlar oraya qayıtdıqdan və investisiya imkanları məlum olduqdan sonra biz bu məlumatları iş adamları ilə paylaşacağıq. Bundan sonra isə həmin ərazilərə investisiya qoyulacaq. Bəri başdan onu deyə bilərəm ki, investisiya qoyanlar çox olacaq. Çünki Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoymaq istəyən çoxlu sayda iş adamı var”.
Yaxın perspektivdə görülməsi planlaşdırılan işlərə gəlincə A.Uzun “Cari ildə Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Biznes Forumda (IBF) 2500-dək iş adamını bir araya gətirməyi planlaşdırırıq” deyib.
Qeyd olunub ki, bu forum 2 ildən bir keçirilir: “İki il əvvəl forum Bosniya və Herseqovinada baş tutub. Həmin vaxt biz dedik ki, niyə növbəti forum Bakıda keçirilməsin. Beləliklə, hazırda bu forumun Bakıda keçirilməsi istiqamətində işlərimiz davam edir”.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

