/ / Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
28.07.2021 [09:09]
Bu gün Gəncədə 44 günlük İkinci Qarabağ müharibəsində ermənilərin törətdikləri insanlıqdan kənar hücumların baş verdiyi ərazidəyik. Bu insanlığa sığmayan, gecə yarısı saat 2-dən sonra qadınların, uşaqların yuxuda olduğu bir vaxtda mülki insanların yaşadığı əraziyə atılan raket zərbəsi ilə burada 26 qardaşımız şəhid oldu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavini Numan Kurtulmuş Gəncəyə səfəri çərçivəsində erməni terroru nəticəsində çoxlu sayda insanın həlak olduğu, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olarkən jurnalistlərə açıqlamasında deyib.
Şəhidlərin xatirəsini rəhmətlə andığını bildirən qonaq deyib: “Bu raket hücumları, döyüş vaxtı ermənilərin bu hərəkəti bir daha göstərdi ki, döyüş meydanında mərdliklə döyüşə bilməyənlər təəssüf ki, arxadan mülki insanları, qocaları, uşaqları qətlə yetirərək insanlığa qarşı qanlı cinayətlər törədiblər. Ətrafdakı dağıntılar qanlı üzü, kirli əli bütün dünyaya ifşa edən açıq sübutlardır. Amma buna rəğmən ən azından dünya ictimaiyyətinin müəyyən bir qismi bu həqiqətləri görmək istəmədi. Şəhidlərə Allahdan rəhmət diləyir, bu müharibə zamanı insanlıqdan kənar hücumları ilə gündəmə gələn erməniləri şiddətlə qınayırıq. Bu hücumlar zamanı əsla unudulmamalı olan insanlıq əleyhinə cinayətlərin törədildiyini dünyaya çatdırmaq üçün bu gün buradayıq. Bizim mentalitetimizdə döyüş meydanında olmayan insanlara qarşı əsla silah çəkilməz, xüsusilə uşaqları, qocaları, xəstələri vurmaq əsla yolverilməzdir. Bu dağıntılar burada insanlıq əleyhinə törədilən cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir. Ümid edirik ki, bu müharibə cinayəti zamanla bütün beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndiriləcək, bu cinayəti törədənlər haqqında lazımi tədbirlər görüləcək. Şəhidlərimizə Allah rəhmət eləsin!”.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

