Şuşa şəhərində tullantılar ağıllı texnologiyalar əsasında idarə ediləcək
10.08.2021 [08:43]
Bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınan “Təmiz Şəhər” ASC-yə yeni və çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən 2021-ci il iyunun 22-də imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılıb.
İlkin mərhələdə şəhər ərazisində təmizlik işlərinin aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub. Küçələrdə yararsız nəqliyyat vasitələri kənarlaşdırılaraq, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi işləri həyata keçirilib. Tullantıların yerləşdirilməsi üçün 200 ədəd xüsusi konteyner gətirilərək quraşdırılıb. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən davam etdirilir.
Qeyd olunub ki, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması, milyonlarla insanın bu şəhəri görmək istəyi buranı gələcəkdə ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevirəcək. Bu isə öz növbəsində şəhərin ekoloji vəziyyətinin və tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun ən son texnoloji yenilikləri tətbiq etməklə qurulmasını zəruri edir.
Şəhərin tarixi hissəsi sayılan mərkəzində tullantı konteynerlərinin ətraf mühitə təsirini azaltmağa xidmət edən SMART tipli yeraltı konteynerlər, kənar küçələrə dolma səviyyəsini göstərən sensorlarla təchiz edilmiş konteynerlər, eləcə də, bütün küçə və parklarda kiçik tutumlu urnaların yerləşdirilməsi nəzərdə tutulur.
Tullantıların idarə edilməsində istifadə olunacaq texnikaların da ətraf mühitə minimum təsir etməsi əsas meyarlardan biri kimi nəzərə alınacaq. Beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqonun inşası, bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin səmərəli şəkildə və müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması “Təmiz Şəhər” ASC-nin həyata keçirəcəyi fəaliyyətlər olacaq.
Bu ərazilərdə bir çox İllərdir hökm sürən ekoloji terrorun fəsadlarını aradan qaldıraraq Şuşanı şəhərlərin ən təmizi etmək məqsədini qarşısına qoyan “Təmiz Şəhər” ASC üzərinə düşən vacib missiyanı ən qısa zamanda yerinə yetirməyi planlaşdırır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49

