“Vətəndaşlarımız vaksinasiya prosesində fəal olmalıdırlar”
26.08.2021 [09:52]
Hazırda bütün dünya koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Son vaxtlar dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artmağa başlayıb. Mütəxəssislərin fikrincə, mövcud vəziyyətdən çıxmaq üçün ən səmərəli vasitə əhalinin əksəriyyətinin vaksinasiya prosesinə cəlb edilməsidir.
Həkim-infeksionist Lalə Bağırova bildirib ki, sürətlə yayılmağa başlayan və yeni növləri meydana gələn virusa qalib gəlmək üçün hamımız səfərbər olmalıyıq. Onun sözlərinə görə, koronavirusun törətdiyi fəsadlarla üzləşməmək üçün bütün qaydalara ciddi əməl etmək lazımdır: “Son aylarda bu xəstəliyə yoluxanların sayının kəskin sürətdə artması hamımızı düşündürməlidir. Xəstəlikdən qorunmaq və yayılmanın qarşısını almaq üçün isə ən düzgün yol peyvənd olunmaqdır. Çünki peyvəndlər xəstəliklərin qarşısının alınmasında və ya onun daha yüngül formada keçirilməsində effektiv rol oynayır”.
Mütəxəssis vurğulayıb ki, COVID-19-la mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər davam etdirilməlidir. Bu səbəbdən də vətəndaşlarımız vaksinasiya prosesində fəal olmalı, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidirlər: “Peyvənd olunmaqla bərabər, qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maska taxmaq, yoluxmanın ilk simptomları hiss olunduqda dərhal təcili yardıma müraciət etmək lazımdır. Çünki bütün bu qaydalara riayət etməklə özümüzü, ailəmizi, cəmiyyətimizi və yaxınlarımızı virusdan qorumuş oluruq”.
“Qanda olan anticisimlərin hansı müddətə qədər davamlı olacağına zəmanət vermək olmur. Bəzən xəstənin qanında koronavirus əleyhinə anticisimlərin miqdarı yüksək olduğu halda, 3 ay sonra sıfıra enir. Bəzən isə qanda olan anticisimlərin miqdarı 3 ay müddətində dəyişməz qalır. Bu, orqanizmin fərdi xüsusiyyətidir. İstənilən halda, mövcud anticisimlərin qanda qalma müddətini uzatmaq üçün peyvənd vurdurmaq lazımdır”, - deyə həkim-mütəxəssis söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

