Xristian dünyasının Pasxa həftəsi
19.04.2022 [10:54]
İlhamə HƏKİMOĞLU
Bu həftə bütün Xristian dünyası üçün müqəddəs bir həftədir. İnanclı insanlar İsa Məsihin diriliş bayramını - Pasxanı qeyd edirlər.
Pravoslav xristianlar bu bayramı aprelin 24-də, katoliklər isə aprelin 17-də qeyd edirlər. Pasxa bayramının tarixi hər il müxtəlif günlərə düşür. Buna səbəb bayramın Ay təqvimi ilə hesablanmasıdır. Pasxa həftəsi hər il aprelin 4-dən mayın 8-ə kimi yer dəyişir. Pasxa üçün əsas şərt, martın 21-nin, başqa sözlə gecə-gündüz bərabərliyinin tamam olması və Məsihin dirilmə gününün mütləq şəkildə bazar gününə düşməsidir. Bəzən yəhudilərin Pesax bayramına düşərsə, bir həftə əvvələ çəkilir. Bu il isə katoliklər Pasxanı 17 apreldə qeyd ediblər, pravoslavlar isə 24 apreli gözləyirlər.
İsa peyğəmbərin dirilməsi münasibətilə qeyd edilən Pasxa bayramının qədim tarixi var. Bu bayram əslində bir az da Musa-İsa bayramıdır, onların xatirəsinədir.
İlk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər.
Əhdi-ətiqdə Pesaxa-Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. “Pesaxa” sözü qədim yəhudi dilində “çıxma”, “qurtulma” deməkdir.
Əhdi-Cədid Pasxası isə əvvəlcə İsa Məsihin ölümü haqqında xatirəyə həsr edilib. Bu bayramın vaxtı və mərasimləri xristian kilsəsi tərəfindən II əsrdə müəyyən edilib. V əsrdən etibarən isə indi qeyd edilən bayram ritualları formalaşıb.
Pasxanın qeyd edildiyi bazar günündən əvvəlki bütün həftə Böyük və ya Ehtiraslı həftə adlanır. Bu həftə ərzində hər hansı yas və ya şənlik mərasimi keçirilmir, bütün həftə xilaskarın dirilişi gözlənilir. Bu həftə ərzində xristian orucu tutulur, müəyyən qidalardan imtina edilir, günah çıxarılır, küsülülər barışır, pis əməllərdən uzaq durulur, kilsə ayinləri İsa Məsihə həsr olunur.
Ehtiraslı həftənin cümə axşamı-mənəvi təmizlənmə günüdür; Ehtiraslı cümə İsa peyğəmbərin əzabları, onun dəfni günü, Böyük şənbə kədər və İsa peyğəmbərin dirilməsini gözləmək günü, Bazar günü İsa peyğəmbərin dirildiyi müqəddəs gündür.
“Təmizlənmə” adlanan Böyük cümə günündə hər bir pravoslav mənəvi cəhətdən təmizlənməyə, xüsusi ayini icra etməyə çalışır. Xalq həmin günü çayda, göldə çimərək günahlardan təmizlənir.
Elə həmin gün Pasxa süfrəsi üçün yumurta boyanır. Yumurta İsa peyğəmbərin mövludundan-Miladdan hələ xeyli əvvəl qədim xalqların dünyagörüşündə Kainatın, doğuluşun, yaranmanın rəmzi olub. Qırmızı yumurta dirilmə rəmzi, Pasxa rəmzidir.
Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, kilsə ayinləri, Pasxa bayramlaşması ümumi motivlərdir.
Slavyanlarda yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian toplular arasında da geniş yayılıb. Ənənəyə görə, pravoslavlar cümə axşamı günü kuliç bişirir, axşam pasxa adlı yemək hazırlayır (bu, kəsmik və kişmişdən hazırlanan şirniyyatdır), şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə təbrik edir. Küçələrə çıxır, qarşılarına çıxan hər kəsi qucaqlayırlar.
Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı hər il təntənə ilə qeyd edirlər. İsa Allahın peyğəmbəri olaraq müsəlman dünyası üçün də mübarək bir şəxsiyyətdir. Onun adı “Quran”da dəfələrlə anılıb. Müsəlmanlar öz övladlarına Musa və İsa adlarını məmnuniyyətlə verirlər. Özünü insanların günahlarından qurtulması naminə qurban etmiş İsa peyğəmbər əslində bütün bəşəriyyətin xilaskarıdır. Sülhü, barışı, birliyi təmsil edən istənilən bayram isə bəşəri sərvətdir, elə isə hamımızın Pasxası mübarək.
Xəbər lenti
Hamısına baxMaraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07

