İstirahət, yoxsa ölüm mərkəzi
23.06.2022 [10:47]
Nicat PAŞA
Yavaş-yavaş yay mövsümünün isti günləri özünü göstərir. Gərgin iş günlərindən sonra hər kəs istirahət üçün fərqli məkanlara üz tutur. Həftə ərzində yığılmış yorğunluqdan qurtulmaq üçün əhalinin üz tutduğu yerlərdən biri də çimərliklərdir. Böyükdən-kiçiyə hər kəsin sevə-sevə getdiyi Xəzərimiz əfsuslar olsun ki, bir çox hallarda istirahət yox, ölüm dənizinə, “dəryası”na çevrilib. Artıq iyun ayının 15-dən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Eyni zamanda, ictimaiyyət üçün yayılan rəsmi məlumatda paytaxt ərazisində yerləşən çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığı da qeyd olunub. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə may ayının 16-dan etibarən keçirdiyi monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Adıçəkilən ərazilərdə vətəndaşların çimməsi tövsiyə edilmir.
Görülən tədbirlərə, həyata keçirilən maarifləndirmə işlərinə baxmayaraq, cəmi bir neçə gün ərzində xeyli sayda ölüm xəbərləri tirajlanmağa başladı. Dənizdə batanlar əsasən yeniyetmələr və gənclərdir.
İlk bəd xəbər ayın 3-ü FHN-nin yaydığı rəsmi məlumat oldu. Məlumatda bildirilir ki, 02.06.2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Bulvarı yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı qeyri-çimərlik, nəzarətsiz ərazi) dənizdə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Rüstəmov Nəsimi Kamal oğlunun axtarışları başa çatıb. N.Rüstəmovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Daha sonra dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə 12 yaşlı Mirfərhad Damədovun meyiti FHN əməkdaşları tərəfindən tapılıb. Ötən gün isə BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Heç bir ay tamam olmamış bu qədər ölüm hallarının baş verməsi ciddi narahatlıq doğurur. Dənizdə batanların demək olar ki, hər birinin ölüm səbəbi nəzarətsiz əraziyə daxil olmaq, başqa sözlə, təhlükəsizlik qaydalarına riayət etməməkdir. Yay mövsümü başlayandan ta bitənə qədər KİV-də qarşımıza çıxan dənizdə təhlükəsizlik qaydaları ilə bağlı nələri bilirik? Bəlkə həqiqətən də bir çoxlarımız sözügedən qaydalardan ümumiyyətlə bixəbərik?
“Yeni Azərbaycan” qəzeti olaraq çimərlikdə təhlükəsizlik qaydalarını bir daha xatırladaq. FHN-nin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, çimərlikdə müəyyən qaydalara mütləq şəkildə əməl edilməlidir.
Çimərlikdə nələr qadağandır?
Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək! Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək! Küləkli havada dənizə girmək! Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək! Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq! Suda kobud hərəkətlər etmək! Çimərliyi məişət və digər tullantılarla zibilləmək! Çimərliyə ev heyvanlarını gətirmək! Çimərlikdə balıq tutmaq! Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq! Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!
Bundan başqa, qurumdan uşaqlar üçün xüsusi qaydalar da ictimaiyyətin diqqətinə çatdırılır. Qaydalara görə, unutmaq olmaz ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir, uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır, uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidirlər.
FHN çağırışında deyilir ki, günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq həyat üçün təhlükəlidir. Rəsmi xəbərdarlıqda 09:00-dan 20:00-dək olan müddət çimərlikdə istirahət üçün təhlükəsiz vaxt hesab edilir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42

